
Yalnızlığınızın mənbəyi bəlli olub
Yalnızlıq hissi təkcə müəyyən bir haldan asılı olmayaraq, həmçinin genetik şəkildə ötürülür.
San-Dieqo Tibbi Məktəbin psixiatrları yalnızlığın əsl təbiətini
müəyyənləşdirmək üçün 50 yaşdan yuxarı 10.760 insanın DNT-lərini müşahidə ediblər.
Alimləri təəccübləndirən fakt yalnızlıq hissinin subyektiv olmasıdır. Eyni
sayda qohum və dostlara sahib iki insandan biri xoşbəxt, digəri isə özünü
yalnız hiss edir. Beləliklə yalnızlıq hissi hansısa daxili faktorlar ilə müəyyən
edilir. Alimlər təcrübə iştirakçılarının genetik xəritələrini diqqətli şəkildə
müşahidə ediblər. Müşahidələr zamanı iştirakçıların yaşları, maddi imkanları,
ailə və sağlamlıq vəziyyətləri kimi faktorları nəzərə alınıb.
Daha sonra hər bir iştirakçıya 3 sadə sual verilib. "Özünüzü
tez-tez düşkün hiss edirsiniz?”, "Tez-tez ünsiyyət çatışmamazlığını hiss
edirsiniz?”, "Tez-tez bu dünyada yalnız olduğunuzu düşünürsünüz?”. Bütün bu məlumatları
bir araya toplayandan sonra alimlər nəticəyə gəliblər ki, yalnızlıq hissi 27%
halında irsi xarakter daşıyır. Həmin hissi depressiyanın əmələ gəlməsində rol
oynayan genlər yaradır. Növbəti mərhələdə alimlər yalnızlıq mexanizmini anlamaq
üçün onu daha diqqətlə müşahidə edərək qarşısının alınıb-alınmamasını öyrənməyə
çalışacaqlar.
Paylaş
Bənzər xəbərlər