
'Yandex Taxi', 'Uber'lə əməkdaşlıq müqaviləsi imzaladı. Hədəf bazarlar arasında Azərbaycan var
“Yandex”, “Uber” ilə birlikdə əməkdaşlıq müqaviləsi
imzalayıb.
Belə ki, “Yandex”, “Uber” ilə Rusiya Federasiyası, Azərbaycan,
Ermənistan, Belorusiya, Gürcüstan və Qazaxstanda online taksi sifarişi servisi
ilə biznesin birləşdirilməsi üzrə müqavilə bağlayıb.
Yandex Taksi sevisinin
CEO-su Tiqran Xudaverdyanın sözlərinə əsasən hər iki servisin birləşməsindən
sonra müştərilər üçün hələ də hər iki tətbiq (Yandex Taksi və Uber) aktiv
olaraq qalacaq. Sürücülərin bazası isə vahid bir platformada yerləşəcək. Nəticədə
sürücülər hər iki tətbiq vasitəsilə edilmiş sifarişləri qəbul edə biləcəklər.
Qeyd olunub ki, sürücülər sifarişlərin paylanması alqoritmi və “Yandex”a məxsus
kartoqrafik naviqasiya texnologiyası vasitəsilə çalışacaqlar. Bundan əlavə
olaraq istifadəçilər üçün xüsusi rouminq xidməti də aktiv olacaq.
“Məsələn, hansısa
turist Londonda olan zaman o, Yandex Taksi vasitəsilə Uber taksisini, Parisdə
olan zaman isə Uber vasitəsilə Yandex Taksi avtomobilini sifariş edə biləcək” –
deyə Tiqran Xudaverdyan bildirib. Bundan əlavə olaraq bu vahid platformaya hər
iki şirkət tərəfindən ümumilikdə 325 milyon dollar investisiya yatırılması qərarı
qəbul edilib. Beləliklə platformanın 59.3%-i, “Yandex” şirkətinin, 36.6%-i, “Uber”
şirkətinin, yerdə qalan 4.1%-i isə platformanın öz əməkdaşlarının payına düşəcək.
''Techcrunch''da yayımlanan bu xəbər özlüyündə bir sıra müzakirəli məsələləri ortaya atır. Bir müddət əvvəl Bakıya "Yandex Lemon Taxi"nin gətiriləcəyi ilə bağlı söz söhbətlər sosial mediada tənqid atəşinə tutuldu. "Yandex Taxi" rəhbərinin erməni olması ölkə ictimaiyyəti tərəfindən normal qarşılanmadı və mediada yayılan xəbərlər qısa zamanda "Yandex Lemon Taxi"nin facebookda Azərbaycan üçün açdığı səhifəsinin fəaliyyətinin müvəqqəti dayandırılmasına gətirib çıxardı. Yayımlanan yeni xəbərdə isə Azərbaycan hədəf region olaraq göstərilib. Ölkəmizdə hələ ki, fəaliyyəti olmayan bu taksi brendinin "Uber"lə necə əməkdaşlıq edəcəyi müəmmalı olaraq qalır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...