
Yaponiya hava limanında itən 2 qayçıya görə, bütün uçuşlar təxirə salınıb!
Digər
20.08.2024
Aslan
Yaponiyanın Hokkaido prefekturasının Chitose şəhərindəki New Chitose hava limanında 2 qayçının itməsi, uçuş təhlükəsizliyi ilə bağlı narahatlıq yaradaraq bütün uçuşların ləğvinə səbəb olub.
Ən çox sərnişin keçidi ilə dünyanın ikinci ən böyük daxili hava limanı olan New Chitose, itən qayçı həyəcanı ilə sarsılıb. Yaponiyanın ənənəvi Bon tətilindən evlərinə qayıtmaq istəyən sərnişinlər, 2 qayçı itdiyi üçün uzun müddət hava limanında qalıblar. Məlumatlara görə, ilk olaraq hava limanında bir mağazada 2 qayçının itdiyi üzə çıxıb. Mağaza sahibi, vəziyyətlə bağlı dərhal hava limanının təhlükəsizliyinə xəbər verib. Şənbə günü baş verən insidentdə hava limanının mühafizəsi bütün uçuşları dayandırıb.

Düz 2 saat davam edən bu axtarış zamanı 36 reys ləğv edilib. Bunun birlikdə mühafizəçi, 201 uçuşu ertələyib. Bu gecikmədən sonra bütün sərnişinlər üzərində yenidən axtarış əməliyyatı həyata keçirilib. Maraqlısı isə odur ki, yaponiyalı sərnişinlər, bu təhlükəsizlik tədbirlərindən kifayət qədər razı qalıblar. Uzun müddətdir gözləyən yapon sərnişinlər, hava limanında 2 qayçı itdiyi üçün uçuşların dayandırılmasını xoş qarşılayıblar. Buna görə də təhlükəsizlik tədbirlərinin bu qədər dəqiq olması sərnişinləri heyran edib. 2 saat çəkən çamadan axtarış əməliyyatlarından sonra itən 2 qayçı mağaza işçisi tərəfindən tapılıb. Lakin mühafizəçilər, tapılan qayçının itən qayçı olduğuna əmin olana qədər vəziyyət normallaşmayıb.
Bəs itən 2 qayçı üçün nə üçün uçuşlar dayandırılır? Bildiyiniz kimi, bütün dünyada uçuş təhlükəsizliyi standartları, xüsusən də 11 sentyabr 2001-ci il hücumlarından sonra dəyişib. Artıq maye və ya iti cisimlə təyyarəyə minmək mümkün deyil. Yaponiyanın New Chitose hava limanındakı təhlükəsizlik qüvvələri də itən qayçının hansısa formada təyyarə qaçırma üçün istifadə oluna biləcəyinə görə bütün uçuşları dayandırıb.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
