Logo
    main-post-cover

    Yarım əsrə yaxındır ki, müəmmalı qalmış və sirlərlə dolu Filadelfiya təcrübəsi

    Digər
    24.09.2017
    Emil
    Məşhur Filadelfiya təcrübəsi sirri artıq yarım əsrə yaxındır ki, yaşayır. Guya 1943-cü ildə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə aid Eldridge adlı gəminin, məkan daxilində yerini dəyişməsi, çoxlu sayda miflərə aid edilərək maraqlı və sirli hekayələr sırasında yer aldı. Lakin bu hekayənin doğruluğuna inanmaq olar mı? Bu əfsanəyə start vermiş şəxs, astronom Morris Jessup olub. Buna baxmayaraq indiyənə kimi aydın deyil ki, bu insan həqiqətən alim olub yoxsa yox. Məlumdur ki, Morris Jessup, avtomobil hissələrinin satışı ilə məşğul olurdu və ufologiya ilə maraqlanırdı. 1955-ci ildə o, The Case for the UFO” adlı kitabı nəşr etdirmişdi. Kitab öz müəllifinə məşhurluq gətirməsə də, Morris-in həyatının tamamilə dəyişməsində böyük rol oynadı. Kitabın nəşr olunmasından bir neçə müddət öncə o, özünü təqaüdə çıxmış dənizçi adlandırmış Carlos Miguel Allende adlı şəxsdən məktub əldə etmişdi. Həmin məktubda gizliliyinə görə heç də uçan boşqablardan geri qalmayan bir hadisə barəsində danışılırdı.
    Guya 1943-cü ildə ABŞ höküməti, Filadelfiyanın Hərbi Dəniz Qüvvələrinin bazasında Eldridge adlı hərbi gəminin iştirakı ilə bir sıra təcrübələr keçirib. Çox güclü sahədə elektromaqnit dalğaların istiqamətini dəyişərək sözügedən gəmi nəinki radarlar üçün, həmdə adi insan gözləri üçün gözəgörünməz olmalı idi. Qeyd etmək lazımdır ki, Eldridge (DE-173) adlı gəmi, 1943-cü ildə istifadəyə verilmişdi. Onun uzunluğu 93 metr idi. Güman olunur ki, təcrübənin keçirildiyi müddətdə onun daxilində 181 nəfər insan olub. 4 Yanvar 1944-cü il tarixindən 9 May 1945-ci il tarixinədək bu gəmi, Aralıq dənizindəki hərbi tapşırıqları yerinə yetirirdi. 28 May 1945-ci ildə o, Yaponiya ilə müharibə zamanı ABŞ qüvvələrinə yardımçı olmaq üçün Sakit Okeana yollandı. 1951-ci ildə gəmi, Yunanıstan Hərbi Dəniz Qüvvələrinə təhvil verildi və adı Leon olaraq dəyişdirildi. 1992-ci ildə gəmi, istifadədən qaldırıldı, 1999-cu ildə isə onu hissələrə ayırdılar. Allende, öz məktubundan qeyd etmişdi ki, təcrübənin başlanmasından sonra gəmini qəribə yaşıl rəngli bulud bürüdü və gəmi yoxa çıxdı. Yalnız bir neçə saniyədən sonra o yenidən peyda oldu. Onun daxilində olmuş insanlar da hələ gəmidə idilər. Allende-nin sözlərinə əsasən bütün bu hadisəni o, öz gözləri ilə həmin bazada olan digər gəmidə olarkən görüb. O həmçinin qeyd etmişdi ki, təcrübə heç də planlaşdırıldığı kimi getmədi.
    Nəticədə bəzi dənizçilər vəfat etdi, bəziləri isə sadəcə olaraq dəli oldular. Əfsanəyə əsasən təcrübə həmin ilin Oktyabr ayında yenidən aparıldı. Bu dəfəki təcrübədə digər komandadan istifadə etmək qərarına gəldilər. İkinci təcrübə zamanı generatorları işə salandan sonra gəmi yenidən yoxa çıxdı. Bir sıra məlumatlara əsasən o, müəyyən anlıq Norfolk adlı liman şəhərindən 300 km aralıda peyda olmuşdu. Generatorlar söndürüləndən sonra gəmi yenidən öz əvvəlki yerinə qayıtmışdı. Xarici görünüşcə təcrübə, birinciyə bənzəyirdi. Lakin ikinci təcrübə daha böyük bədbəxtliklə nəticələndi. Belə ki, gəminin yox olduğu an onun daxilində olmuş 181 nəfər insanın hamısı demək olar ki, vəfat etmiş və ya inanılmaz dərəcədə xəsarətlər almışdılar. Belə ki, 27 nəfər dənizçi sözün əsl mənasında gəmi ilə birləşmişdi. Sanki gəminin tikilişi zamanı onların bədənlərini, gəminin materialına yeləşdirmişdilər. Komandanın digər 13 nəfəri isə yanıq və digər xəsarətlər nəticəsində vəfat etmişdi. Bu cür bədbəxt hadisədən sonra ABŞ höküməti bu təcrübənin birdə keçirilməsinə qadağa qoydu. Allende-nin məktubundakı məlumatları, yazılış üslubundakı əlaqəsizliyə və bir çox səhvlərə görə ciddi qəbul etmək çətindir. Onun əks etdirdiyi hekayə daha çox onun şüurunun fantaziyasına bənzəyir. Bununla yanaşı məktub müəllifinin real olduğu barədə sübutlar da yoxdur. Allende sadəcə olaraq Morris-in fantaziyasında yaşamış bir şəxs də ola bilər. Düzü uzun illər ərzində bu fenomenin tədqiqatçıları bir sıra sübutlar tapmağa nail oldular. Düşünülür ki, Carlos Miguel Allende adı altında Carl Allen adlı şəxs gizlənir. Carl Allen həqiqətən də nəqliyyat gəmilərindən birində çalışırdı və nəzəri cəhətdən o, həqiqətən də Filadelfiya bazasında keçirilmiş hansısa təcrübəni görə bilərdi.
    Həmin vaxtlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəsinə poçt vasitəsilə Morris-in “The Case for the UFO” adlı kitabı göndərilmişdi. Kitabda bir sıra qeydlər də var idi. Bu barədə Morris ilə əlaqə saxlayan zaman o qeyd etki ki, qeydləri yazmış müəllifin xəttini tanıyacaq. Nəticədə məlum oldu ki, həmin qeydlərin müəllifi Carlos Allende-dir. Bir sıra suallardan sonra Morris-i buraxdılar. O isə öz növbəsində bu mövzu ilə bağlı istintaqına davam edirdi. O tez-tez, təqiblərdən və onu narahat edən qəribə telefon zənglərindən şikayətlənirdi. 20 Aprel 1959-cu il tarixində Morris, öz dostları ilə görüşməli və öz yeni sübutları haqqında onlara danışmalı idi. Lakin həmin görüş baş vermədi. Rəsmi məlumata əsasən Morris, öz avtomobilində boru qazından zəhərlənərək suiqəst etmişdi. Morris-in ölümünü təyin etmiş həkimi isə sonradan tapmaq mümkün olmadı. Buna baxmayaraq Morris-in ölümü, çox adamda şübhə yaratmadı. Belə ki, son illərdə o, şəxsi həyatında və biznesində uğursuzluqlarla qarşılaşmışdı. Hətta bir sıra şahidlərin ifadələri nəzərə alınsa belə, yalnız bir və ya iki təcrübə keçirilməsi aydınlaşmamış qalır. Bu mövzunun bir sıra tədqiqatçıları düşünürlər ki, birinci təcrübə, 20 İyul 1943-cü il tarixində, ikinci təcrübə isə 28 Oktyabr 1943-cü il tarixində keçirilmişdir. Bununla belə Carlos Allende-nin məktubunda yalnız bir təcrübədən bəhs olunur. Lakin müəllif nədənsə onun keçirilməsi ilə bağlı fərqli tarixlər yazıb. Hətta belə bir şaiyə də gəzir ki, Filadelfiya təcrübəsinin keçirilməsində dolayı yolla həmçinin Albert Eynşteyn də iştirak edib.
    Məsələ burasındadır ki, Allende, öz məktubunda dahi alimin uzun illər ərzində çalışdığı ümumi sahə nəzəriyyəsinə də diqqət ayırıb. Baxmayaraq ki, bu nəzəriyyə yaradılmayıb, mistik əhvalat sevənləri bu heç də təəccübləndirmir. Onların fikrincə Eynşteyn, öz işlərinin əks olunduğu sənədləri özü məhv etmiş ola bilər. Belə ki, o, həmin işlərin pis əllərə keçməsində qorxa bilərdi. Bir tərəfdən Eynşteynin bu hadisədə iştirak etdiyi barəsində əhvalatda müəyyən bir doğruluq var. Bir sıra sənədlərə əsasən dahi fizik, 1943-1944-cü illərdə həqiqətən də ABŞ-ın Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edib. Lakin buna baxmayaraq onun, Filadelfiya təcrübəsi ilə bilavasitə əlaqəsinin olduğu barəsində heç bir sübut yoxdur. Bu hadisəni daha bir məşhur alimin adı ilə bağlayırlar. Söhbət, Nikola Tesla-dan gedir. Dediyinə görə Eldridge gəmisində xidmət etmiş keçmiş amerikalı hərbçi Alfred Bielek bildirmişdi ki, guya Tesla özü bu layihənin hazırlanmasında rəhbərlik edirdi. Lakin onun reallaşacağı günə kimi Tesla, həyatda qala bilmədi. Güman olunur ki, Carlos Allende adı altında gizlənmiş Carl Allen adlı şəxs, psixi pozğunluqdan əziyyət çəkirdi və o, nəinki Morris-ə, həmdə digər ufoloqlara da məktublar göndərirdi. 1984-cü ildə böyük ekranlara çıxmış The Philadelphia Experiment filmindən sonra bu mövzuya yeni maraq oyandı.
    Məhz həmin filmi izlədikdən sonra Eldridge gəmisində xidmət etmiş dənizçilərdən biri olan Alfred Bielek-in yaddaşı birdən yerinə qayıtmışdı. Keçirilmiş bir çox müsahibə və konfranslar zamanı Bielek, bu hadisəyə yeni təfərrüatlar əlavə edirdi. O bildirirdi ki, Eldridge nəinki məkan, həmdə zaman daxilində də səyahət etmişdi və qısa müddətlik 1983-cü il zamanında Montauk adlı bazada olmuş və sonra yenidən Filadelfiya bazasına qayıtmışdı. Bielek-in digər əhvalatında hətta yadplanetlilər də var idi. Uzun illər ərzində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı, Filadelfiya təcrübəsi barəsində məlumat verməkdən imtina edirdi. Lakin 1990-cı ildə ictimaiyyətin təzyiqləri nəticəsində hərbçilər bu məsələyə son qoymaq qərarına gəldilər. Belə ki, gəminin jurnalındakı olan məlumatlar ictimaiyyətə təqdim edilmişdi. Təbii ki, həmin məlumatlar Allende-nin danışdıqlarını inkar edirdi. Jurnaldakı məlumatlardan belə qənaətə gəlmək olar ki, gəmi ümumiyyətlə Filadelfiya bazasında olmamışdı. Lakin bu mövzu barəsindəki əfsanə hələ də yaşamış və hərbçilərin bu qərarı ona yeni başlanğıc vermişdi. Sirli söz söhbətlərin tərəfdarları olan insanlar, jurnaldakı məlumatların yalan olduğu barəsində hərbçiləri ittiham etmiş və yeni sübutların axtarışına çıxmışdılar.
    1999-cu ildə baş vermiş hadisə, bu mövzuya son nöqtəni qoymalı idi. Belə ki, 1943-cü ildə Eldridge gəmisində xidmət etmiş bütün dənizçilər bir yerə yığılmışdılar. Onlar 15 nəfər idilər və onların arasında Eldridge-in 84 yaşlı kapitanı Bill Van Allen də var idi. Onların hamısı ictimaiyyətə bildirmişdilər ki, heç kim bu cür təcrübəni keçirtməyib, Allende-nin əhvalatları isə sadəcə olaraq onun şüurunun məhsullarıdır. Bundan əlavə olaraq komandanın heç bir üzvü, Alfred Bielek adlı digər üzvü tanımırdı. Çox güman ki, Filadelfiyada həqiqətən də hansısa təcrübələr keçirilirdi. Lakin həmin təcrübələrin teleportasiya kimi mövzulara aidiyyatı yox idi. Həmin illərdə alimlər gəmilərin maqnit sahələrini aşağı salmaq üzərində çalışırdılar. Beləliklə onlar, maqnit dəniz minalarından gəmiləri qorumaq istəyirdilər. Bunun üçün gəminin göyərtəsini elektrik naiqlləri ilə əhatə edib onlara tok verirdilər. Belə məsələləri anlamayan insanlar üçün bu, təəccüblü görünə bilərdi. Bununla yanaşı yayılmış daha bir versiya da var. Belə ki, 1950-ci illərdə ABŞ ilə SSRİ, silah üzrə yarışda idilər. Beləliklə Filadelfiya təcrübəsi sadəcə olaraq Sovet hökümətinin, insanların diqqətini başqa səmtə yönəltmək üçün etdiyi dezinformasiya da ola bilərdi. SSRİ alimlərini bu mövzu nə dərəcədə inandırmasını söyləmək çətin olsa da, ABŞ ictimaiyyətində çox böyük fenomen halına gəlmişdi. Filadelfiya təcrübəsindən bir çox yazçı və rejissor ilhamlanmışdı. Bu mövzuya həsr olunmuş ilk film, 1984-cü ildə, ikinci film isə 1993-cü ildə böyük ekranlara çıxmışdı. Bu mövzu haqqında çəkilmiş ən sonuncu film isə 2012-ci ildə izləyicilərə təqdim olundu. Bundan əlavə olaraq Filadelfiya təcrübəsinə həsr olunmuş külli miqdarda elmi yazılar və hekayələr var.
    Paylaş
    Bənzər xəbərlər