Logo
    main-post-cover

    Yaxşı mobil şəbəkə əldə etmək üçün telefonu yuxarı qaldırırsınız? Çox nahaq yerə (VİDEO)

    Digər
    25.12.2017
    The Verge saytının jurnalistləri müəyyən ediblər ki, şəbəkə siqnalı pis olduğu zaman telefonu yuxarı qaldırmaq olduqca yararsızdır.
    Kompüter mühəndisliyi professoru Lin Zhong-un bildirdiyinə görə mobil şəbəkə bizim ətrafımızda bərabər şəkildə paylanır. Mobil şəbəkə siqnalını yaxşılaşdırmaq üçün siqnalın olmadığı yerdən bir neçə metr kənarlaşmaq lazımdır. Əgər istifadəçi siqnalın pis olduğu yerdə öz telefonunu yuxarı qaldırsa şəbəkə siqnalının keyfiyyəti yenə də pis olacaq. Lin Zhong qeyd edib ki, şəhər mühitində şəbəkə siqnalı binaların hesabına pis olur. Belə ki, həmin binalar siqnalın cihaza çatmasına təsir göstərir. Jurnalistlərin sözlərinə görə onlar insanların bu vəziyyətdə siqnalın yaxşılaşdırılması üçün telefonun yuxarı qaldırılmasını niyə seçdiklərini bilmirlər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...