
Azərbaycanın online yemək sifarişi startapı “acqalma.az” bazara sürətli giriş edir
Startap
bazarının xüsusiləşmiş bir sahəsinə çevrilən yeməklərin onlayn sifarişi artıq
Azərbaycanda da mümkündür. Türkiyədən bizə yaxşı tanış olan "yemeksepeti.com” bu sahədə kifayət qədər
irəliləyiş əldə etmiş və son anda şirkət 589
milyon dollara satılmışdır. Olduqca gəlirli bir sahə olan yeməklərin
sifarişi və çatdırılması xidməti lokal bazarlarda fərqli startaplar tərəfindən
təqdim olunur. "acqalma.az” brendi adı altında təqdim olunan yerli
startapımızın platformasında "Pizza
Mizza, Araz Kafesi, Bella Pizza, Dadim.az, Dönər House, Efendi Lahmacun,
Fit&Fresh, Gün Aydin, Juma Restourant&Sushi Bar, Mado Japanese
Restaurant, NamlıKebap, New York Pizza Baku, Pizza Bruno, Qutabçı, Soloha və
Yoshi Sushi” retoranları öz menyularını təqdim edir.
Sayt
hələ ki, Bakıda olan restoranları əhatə edir və bu şəbəkəyə qoşulan hər
restoran öz maraqlarına uyğun olaraq çatdırılma qiymətləri və minumum sifariş həcmlərini
təyin edirlər.
Qeyd: Əksər məşhur restoranlar isə minumum sifariş
həcmi qoymaqla çatdırılmanı pulsuz edir.
Saytın
digər maraqlı xüsusiyyətlərindən biri isə həftənin təklifləri bölməsidir. Bu
bölmədə restoranlar sərfəli qiymətə menyular təklif edərək sifarişçilərin
maraqlarını cəlb edirlər.
Qeyd edək ki, sifarişlərin bank və kredit kartları ilə onlayn ödənilməsi mümkündür.
Sayta
daxil olduqdan sonra qarşınıza çıxan sifariş bölməsindən yerləşdiyiniz ərazini
seçib, restoranların siyahınsa keçid edirsiniz. Buradan bəyəndiyiniz restoranın
menyusuna baxmaq və qiymətlərlə tanış olmaq imkanınız var. Menyudan bəyəndiyiniz
yeməkləri seçib səbətə əlavə edirsiniz, sifarişi
tamamla bölməsindən isə sifariş haqqında məlumatları daxil edib ödəniş
üsullarından birini seçməklə sifarişinizi tamamlayırsınız.
Azərbaycan
bazarının Türkiyə və digər ölkələrlə müqayisədə dar olduğu məlumdur. Hər halda
"acqalma.az”-dan "yemeksepeti.com” qədər uğur gözləmək əsassız olardı. Lakin
daxil olduğu bazarı nəzərə alsaq, ölkəmizdə xüsusilə Bakıda yemək sifariş edənlərin
sayı kifayət qədər çoxdur. Əgər startap özünə lazım olan hədəf kütləyə çata
bilsə bazarda yaxşı mövqedə qərarlaşar. Bütün restoranların menyularının bir
saytda olması və əlavə olaraq bir platformada sifarişi tamamlamağın mümkünlüyü
saytı dəyərli edən əsas vasitədir.
Sifariş
və ətraflı məlumat üçün: www.acqalma.az
Paylaş
Bənzər xəbərlər