
Yeni Assassin\'s Creed oyununun ilk fotosu sızdırıldı
İnternetdə Assassin’s Creed: Empire oyununun gümna olunan fotosu sızdırılıb.
Fotoda əks olunmuş personajın bel hissəsində qalxan var. Həmin
qalxan isə Roma imperiyası dövrünün qalxanına bənzəyir. Personajın ətrafındakı
tikili isə Misir dövründə piramidaların tikilməsində isifadə edilmiş böyük daş
parçalarına bənzəyir. Qeyd etmək lazımdır ki, yeni Assassin’s Creed haqqında
şaiyələrin yayılmasından bəri oyunda hadisələrin Misirdə cərəyan edəcəyi
haqqında söz söhbətlər gəzirdi. Bu söz söhbətləri hətta nüfuzlu Kotaku saytı
belə təsdiq etmişdi. Görünür yeni fotonun sızdırılması ilə bu şaiyələr öz
doğruluğunu təsdiqləyir. Yeni oyunun bu il satışa çıxması güman olunur.
Paylaş
Bənzər xəbərlər