
Yeni Bugatti-nin maksimum sürət hədi 500 km/saat olacaq
Bugatti Chiron-un səsi
artıq hər tərəfdən eşidilir. Veyron-un davamçısı ilə bağlı məlumatlar hər yerdə
özünü göstərir və bunlardan ən maraqlısı kralın
son sürət həddidir. Şayiələrə görə yeni Bugatti fizika qanunlarının həddlərini
sınayacaq.
Hal-hazırda planetin ən sürətli avtomobili Veyron SuperSport 430
km/saat maksimum sürət həddinə sahib idisə Chironda bu göstəricinin 500 km/saat
olması gözlənilir. Bu həqiqətən
çox böyük rəqəmdir lakin 8 litr W16 mühərrikin 4 turbo ilə bunu edə bilməsi heç də
qeyri-mümkün deyil.
1500 at güclü bu avtomobilin qiymətinə gəldikdə isə ətrafda 2 milyon dollara yaxın rəqəmlərdən danışılır.
Paylaş
Bənzər xəbərlər