
Yeni Prey anons olunub
Bethesda öz press-konfransı çərçivəsində daha bir sürpriz
etdi. Belə ki, şirkət Prey oyununu yenidən anons etdi. Bu dəfə Prey-i
Dishonored oyununu hazırlamış Arkane Studios istehsal edir. Qeyd edək ki, yeni
oyun Prey 2 adlanmır və 2006-cı ildə satışa çıxmış original Prey ilə heç bir əlaqəsi
yoxdur. Yeni Prey-də hadisələr 2032-ci ildə Talos kosmik stansiyasında cərəyan
edəcək. Oyunun baş qəhrəmanı Morgan Yu sözün əsl mənasında laboratoriya siçanı
rolunu oynayacaq. Belə ki, o hansısa müşahidələrin iştirakçısı olaraq onun
üzərində müxtəlif təcrübələr aparacaqlar. Lakin ani olaraq kosmik stansiya
yadplanetlilər tərəfindən işğal olunacaq. Oyunçular müxtəlif vasitələrdən
istifadə edərək həmin kosmik stansiyadan qaçmağa çalışacaqlar. İnsanlar ilə
yadplanetlilər arasındakı qarşıdurmanın mərkəzində olacaq Morgan Yu hər iki tərəf
üçün əla qazanc olacaq. Prey 2017-ci ildə PC, PS4 və Xbox One üçün satışa
çıxacaq.
Paylaş
Bənzər xəbərlər