Logo
    main-post-cover

    Yeni Rockefeller? Elon Musk-ın çoxşaxəli biznes imperiyası böyüyür

    Digər
    02.02.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, son illərdə “korporativ konqlomeratlar” anlayışı getdikcə arxa plana keçir, yerini isə “şəxsi konqlomeratlar” tutur. Əgər 30 il əvvəl aviasiya, enerji, səhiyyə, nəqliyyat və media kimi sahələrin eyni çətir altında toplanması deyildikdə General Electric (GE) xatırlanırdısa, bu gün eyni yanaşma daha çox bir insanla, Elon Musk ilə assosiasiya olunur.
    Elon Musk Owes His Success to Coming in Second Place | Scientific American
        Musk hazırda Tesla, SpaceXxAI şirkətlərinin CEO-sudur. SpaceX-in tərkibində peyk internet xidməti olan Starlink fəaliyyət göstərir. Musk eyni zamanda X sosial şəbəkəsinin sahibidir, neyron implantlar üzərində işləyən Neuralink və tunel texnologiyaları inkişaf etdirən The Boring Company ilə də məşğuldur. Üstəlik, o, məhsuldarlıq (fertility) araşdırmalarına da milyonlarla dollar sərmayə qoyub. Son dövrlər Musk-ın bu müxtəlif şirkətləri bir-biri ilə daha sıx inteqrasiya etməyə çalışdığı müşahidə olunur. Məsələn, Tesla avtomobillərində xAI-ın Grok süni intellekti istifadəyə verilir, Tesla Megapack batareyaları xAI-ın data mərkəzlərini enerji ilə təmin edir, Tesla və SpaceX isə birbaşa xAI-a sərmayə yatırıb.
        Tarixi müqayisə aparsaq, Musk tez-tez Henri Ford ilə yanaşı çəkilsə də, ekspertlər onun modelini daha çox John D. Rockefeller və ya Jack Welch ilə müqayisə etməyin doğru olduğunu deyirlər. Xüsusilə Welch-in rəhbərliyi dövründə GE zəif sənaye şirkətindən nəhəng, çoxşaxəli konqlomerata çevrilmişdi. 1981-ci ildə GE-nin rəhbərliyinə gələn Jack Welch minlərlə işçini ixtisar edərək xərcləri azaltdı və əldə edilən vəsaitlə onlarla şirkət satın aldı. Bu strategiya GE-ni uzun illər ərzində dünyanın ən dəyərli şirkətlərindən birinə çevirdi. Lakin 2008-ci il maliyyə böhranı göstərdi ki, konqlomerat strukturu riskləri gizlədə bilir və nəticədə GE parçalanmaq məcburiyyətində qaldı.
        Harvard Biznes Məktəbinin professoru David Yoffie Musk-ın yanaşmasını daha çox “Qızıl Dövr” (Gilded Age) maqnatlarına bənzədir. Onun fikrincə, Musk bazar gücünü, şəxsi sərvətini və təsir imkanlarını birləşdirərək “oyunqurucu” olmağa çalışır. Musk-ın sərvəti artıq 800 milyard dollara yaxınlaşır ki, bu da ABŞ iqtisadiyyatının əhəmiyyətli hissəsinə bərabərdir. Bununla yanaşı, o, siyasi proseslərə təsir göstərmək üçün yüz milyonlarla dollar xərcləyib. Ekspertlər hesab edir ki, Musk-ın imperiyasının gələcəyi həm onun şirkətləri birləşdirmək qərarından, həm də cəmiyyətin və tənzimləyici qurumların bu gücə necə reaksiya verəcəyindən asılı olacaq.
    Paylaş