
Yeni Tomb Raider oyunu haqqında məlumat sızdırıldı
Tomb Raider oyun seriyasının pərəstişkarları internetdə yeni oyun hissəsi barəsində müzakirələr aparırlar.
Hər şey Reddit portalında maraqlı
fotonun peyda olunması ilə başladı. Foto, Monreal şəhərinin metrosunda çəkilmişdir.
Hansısa şəxs öz noutbookunda Shadow of the Tomb Raider adlı prezentasiya sənədi
ilə iş görürdü. Bunu görən digər şəxs isə həmin anda noutbook ekranın fotosunu
çəkib. Metroda gedərək bu cür gizli məlumatla çalışan insanın kim olduğu
bilinmir. Lakin Kotaku portalı öz gizli mənbələrinə istinadən xəbər verib ki,
yeni oyun həqiqətən də Shadow of the Tomb Raider adlanacaq. Maraqlı fakt isə
ondan ibarətdir ki, məlumata əsasən yeni oyunu Crystal Dynamics studiyası
deyil, Deus Ex: Mankind Divided oyununun yaradıcısı Eidos Montreal hazırlayır. "Square
Enix” şirkəti bu xəbər haqqında heç bir açıqlama verməyib. Biz isə bununla
bağlı çıxacaq yeni xəbərləri sizinlə paylaşacağıq.
Paylaş
Bənzər xəbərlər