
Yer kürəsi atmosferindəki oksigenin azalmasında səbəb nədir?
Son 800.000 il ərzində Yer kürəsinin atmosferindəki oksigen səviyyəsi 1% azalmışdır.
Atmosferdə olan oksigen səviyyəsi bir başa təkamülə təsir
edir. Müxtəlif geoloji dövrlərdə təbiət hadisələri nəticəsində oksigen səviyyəsi
dəyişmişdir. Bu da öz növbəsində ekosistemin dəyişikliyinə təsirini göstərirdi. Məsələn
300 milyon il bundan öncə atmosferdəki oksigenin səviyyəsi 35% təşkil edirdi.
Bu şərait isə böyük ölçülü canlılar üçün əla mühit idi. "Technote.az"ın "Nat-geo.ru"a istinadən verdiyi xəbərə əsasən indiki dövrdə atmosferdəki
oksigen səviyyəsi 20.9% təşkil edir. Bu isə 800 milyon il bundan öncəki göstəricidən 0.7% azdır. Sözügedən məlumatlar Prinston Universitetinin geokimyaçılarının Qrenlandiya və Antarktidadakı buz nümunələrini araşdırdıqdan sonra ortaya
çıxıb. Mütəxəssislər keçmiş dövrdə yaranmış buzlaqları müşahidə ediblər. Donan
zaman su hava qabarcıqlarını özündə saxlayır. Onların analizi isə atmosferdəki
oksigen səviyyəsinin müəyyən edilməsində böyük rol oynayır.
Alimlərin bildirdiklərinə görə həyəcanlanmaq üçün hələ heç
bir əsas yoxdur. Oksigen səviyyəsinin azalması ekosistemə ciddi təsir etməsi
üçün cüzidir. Əsas vacib olan bunun səbəbidir. Səbəb isə hələki bəlli deyil.
Atmosferdən oksigenin aktiv şəkildə udulmasının səbəbi buzlaqların hərəkəti ola
bilər. Onlar hərəkət etdikcə oksigeni udan böyük orqanik cins sahələrinin
açılmasına səbəb olurlar. Daha bir səbəb kimi isə dünya okeanları sularının
soyumasıdır. Belə ki, orada yaşayan mikroorqanizmlər aşağı temperatur şəraitində
aktiv olaraq oksigeni udurlar. Alimlər qeyd edirlər ki, sənaye inqilabı, böyük
həcmdə yanacaqların yandırılması bu prosesə elə də böyük təsir etməyib. Dünya
okean suları 15 milyon ildir ki, soyuyur və atmosferdəki oksigen səviyyəsi
azalır. Bu proseslər insan faktorundan asılı olmayaraq baş verir. Bundan əlavə
nəzəri olaraq atmosferdəki oksigen səviyyəsi azalanda karbon qazının səviyyəsi
artmalıdır. Lakin onun səviyyəsi 800.000 il ərzində demək olar ki, dəyişməyib.
Görünür planetdə hansısa təbiət prosesləri gedir. Həmin proseslər isə oksigen udulması
hadisəsini oksigen ifrazından qat-qat sürətlə yerinə yetirir.
Paylaş
Bənzər xəbərlər