
Yer kürəsində yeni buz dövrü nə zaman baş verəcək?
İnsanlar yeni buz dövrü üçün hazırlaşmalıdırlar.
Belə ki, müxtəlif ölkələrdən olan alimlərin hesablamalarına
görə yeni buz dövrü artıq 2030-cu ildən başlayacaq. "Qış yaxınlaşır” – deyə
dünyanın bir çox klimatoloqları qeyd edirlər. Lakin dünyanın bir çox yerlərində
buzlaqların əriməsi prosesi getdiyi bir vaxtda yeni buz dövrünün yaranması
probleminin səbəbi nədir? Əsas məsələ günəş aktivliyinin mərhələlərindədir.
Belə ki, əslində bütün Yer kürəsi canlıları üçün enerji mənbəyi olan Günəş, müəyyən
mərhələlərə tabedir. Məhz 2030-cu ildə hal-haızrki mərhələ başa çatacaq və
yenisi başlayacaq. Həmin mərhələ dəyişkənliyi isə Yer kürəsindəki yeni buz
dövrü ilə və digər qlobal təbiət dəyişiklikləri ilə müşaiyət olunacaq. Lakin
alimlərin qeyd etdiklərinə görə qorxmağa ehtiyac yoxdur. Belə ki, buz dövrü
irimiqyaslı olmayacaq. Pis ehtimalda soyuq hava şəraiti 70 il davam edəcək.
Ondan sonra isə temperatur tədricən normal vəziyyətə qayıdacaq. Buna oxşar
soyuq hava şəraiti Avropada 1645-1715-ci illərdə müşahidə olunmuşdur. İndiki
imkanların olmadığı həmin vaxtda insanlar sağ qalmağı bacarıblarsa deməli
müasir insanlar da bunu bacaracaqlar.
Paylaş
Bənzər xəbərlər