main-post-cover

    Yerin düz olduğunu sübut etmək üçün hazırladığı roketlə 575 metr uçan adam kimi adam - Mike Hughes!

    Digər
    05.04.2018
    Orxan Oguz
        ABŞ vətəndaşı Mike Hughes Yerin düz olduğunu sübut etmək üçün özünü kosmosa uçurtmuşdu. Kosmos elmini öz-özünə öyrəndiyini iddia edən bu şəxs bir müddət sonra istəyinə çatmadan yerə düşmüşdü.
        24 mart 2018-ci il tarixində Kaliforniya ştatının Amboy bölgəsində havaya qalxan Hughes Mojave çölünə uğursuz eniş etmişdi. Yaralanan 61 yaşlı Hughes roketiylə 575 metr yüksəkliyə uçmağa nail olmuşdu. O, ''fantastikadan ibarətdir'' dediyi elmə inanmadığını qeyd edərək, ''Aerodinamika və axıcılıq dinamikası ilə obyektlərin havada necə hərəkət etdiklərini bilirəm. Amma bu elm deyil, bu sadəcə formuldur'', demişdi.
        2014-cü ildə də oxşar təcrübə aparan Hughes o uçuşdan sonra özünü kosmosa uçuracaq yeni roket hazırlamağı hədəfləyirdi. Hughes bu roketlə Yerin düz olduğunu öz gözləriylə görəcəyini deyirdi. Uğursuz təcrübələrindən sonra Mike təhlükəli təcrübələrinə bundan sonra da davam edəcəkmi? Hətta şayələr gəzir ki, NASA Mike-i özü ilə növbəti səfərlərinin birində kosmosa aparacaq. 


    Linki kopyala