
YouPorn\'nun dəstəkliyi komanda yarışmadan çıxarıldı.
Dünyanın məşhur kiber idman çempionatı olan Electronic Sports League, yeni qaydaları əlavə etməsilə YouPorn komandası yarışlardan xairc olunub.
Məlumat verdiyimiz kimi, ötən ildən başlayaraq YouPorn şirkətinin sponsorluğu ilə "YP Team" kiber yarışlara qoşulmağa başlamışdı. Lakin son olaraq yarışın qaydalarına yeni əlavələr olundu. Yeni qaydalara əsasən pornoqrafik məzmunlu komandalar yaxud pornoqrafik məlumatları əks etdirən komandalar yarışlara buraxılmamalıdır. Yeni qaydaları əsas götürən təşkilatçılar "YP Team"i liqadan uzaqlaşdırıb. Bu haqda YP Team rəsmiləri məlumat veriblər. Komandanın kordinatoru Claire Fisher, bu vəziyyətdən xəyal qırıqlığı yaşadıqlarını bildiriblər. Yeni qaydaların əsassız olduğunu dilə gətirən rəsmi, eyni zamanda komandaya YouPorn'nun sadəcə sponsor olduğunu vurğulayıblar. Əlavə olaraq hər hansı məlumatın və görünütünün yayımlanmadığını bildiriblər. Yeni qərara əsasən "YP Team" yarışdan kənarlaşdırılıb. Yaşanan bu hadisədən sonra komanda özünə yeni sponsor axtarmalıdır. Yalnız bu halda komanda yenidən oyunlarda iştirak edə bilər. Lakin, komandanın adına və logosuna nəzər salsaq, görünən odur ki, komanda da köklü dəyişikliklər olmalıdır. Porhub kimi YouPorn şirkəti də öz sahələrindən fərqli sahələrə giriş edən şirkətlərdən biridir.
Paylaş
Bənzər xəbərlər