
YouTube-dakı videolara görə nüfuzlu universitetdəki təhsilini dayandırdı
Amerikalı Billy Willson nüfuzlu Kanzas Universitetindəki təhsilinə son qoyub.
O, təhsilini YouTube-a görə dayandırıb. Əsas izah kimi isə "hər
şeyi YouTube-dan da öyrənmək olar” - deyə o qeyd edib. Willson, oxuduğu
memarlıq mühəndisliyi üzrə birinci semestri yüksək orta balla bitirmişdi. Müsahibəsində
o qeyd edib ki, həmişə sahibkar olmaq istəyib və universiteti bitirdikdən sonra
bir müddət çalışmaq, daha sonra isə öz şirkətini yaratmaq arzusunda olub.
Universitet təhsilini dayandırmaq fikri ona, yaradacağı şirkətin yaxşı gəliri,
onun 35 yaşı olanda gətirəcəyini fikirləşəndə gəlib. "Technote.az”ın "Lenta.ru”a
istinadən verdiyi xəbərə əsasən Willson həmçinin onu qeyd da edib ki, bu qərarı
verməsində əsas rolu YouTube-da olan videolar da oynayıb. Belə ki, YouTube-da,
internet vasitəsilə az miqdarda vəsait sayəsində necə uğurlu biznes qurma
videoları Willsonun diqqətini cəlb edib. Həmdə o, universitetdə təhsilini
boş zaman itkisi hesab edir. Yarım il ərzində Willson həmin videolardan faydalı
məsləhətlər alaraq özünün geyim, aksessuar və elektron musiqi satışı ilə məşğul
olan startapını yaradıb.
Paylaş
Bənzər xəbərlər