Logo
    main-post-cover

    YouTube-dan videoya baxaraq cərrahiyyə əməliyyatı keçirən həkim, 15 yaşlı uşağın ölümünə səbəb olub!

    Digər
    09.09.2024
    Farid

         Hindistanda ağılları donduran hadisənin yaşandığı iddia edilib. İddiaya görə, həkim YouTube-da izlədiyi video ilə öd kisəsində daş əməliyyatı etməyə cəhd edib və 15 yaşlı gəncin ölümünə səbəb olub.

         Hindistandan olan mənbələrə görə, 15 yaşlı uşaq ötən cümə günü qusma və qarın ağrısı əlamətləri ilə klinikaya aparılıb. Bundan sonra həmin gənc, öd kisəsindəki daşların çıxarılması üçün əməliyyata alınıb. Əməliyyatı isə “saxta həkim” kimi təqdim edilən Ajit Kumar Puri adlı şəxsin etdiyi bildirilib. Üstəlik əməliyyatın ailənin xəbəri və ya razılığı olmadan həyata keçirildiyi də qeyd edilir. İddiaya görə, Puri, YouTube-da izlədiyi video ilə əməliyyat keçirməyə çalışıb. Əməliyyat zamanı isə uşağın vəziyyəti pisləşib. Ailə müdaxilə etmək istəyəndə saxta həkim, "Buranın həkimi mənəm, yoxsa sizsiniz?" deyə sərt reaksiya verib.
         Puri, vəziyyətin pisləşdiyini gördükdən sonra xəstəni başqa xəstəxanaya aparmağa razılaşıb. Amma təəssüf ki, uşaq yolda həyatını itirib. Saxta həkim isə xəstənin cəsədini ortada qoyaraq yoxa çıxıb. Əldə edilən məlumata görə, ailə bu dəhşətli hadisədən sonra polisə şikayət edib. Onlar Puri-nin bacarıqsız və təcrübəsiz olduğunu söyləyərək onun hərəkətlərinin oğlunun ölümünə səbəb olduğunu bildiriblər. Saxta həkimə və sahibi olduğu klinikaya qarşı iddia qaldırılıb. Polisin Puri-ni tutmağa çalışdığı da əldə edilən məlumatlar arasındadır.
    Paylaş
    Bənzər xəbərlər