Logo
    main-post-cover

    YouTube-un “recommendation” sistemi sıradan çıxdı

    Digər
    18.02.2026
    Ilhama
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, dünyanın müxtəlif ölkələrində istifadəçilər çərşənbə axşamı axşam saatlarında YouTube platformasında problemlərlə qarşılaşıb. İstifadəçilər əsas səhifədə videoların görünmədiyini, tətbiq və veb versiyada nasazlıq yaşandığını bildiriblər.
        Şirkət məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, problem YouTube-un tövsiyə (recommendation) sistemi ilə bağlı olub. Bu səbəbdən videolar ana səhifədə və digər bölmələrdə görünməyib. Nasazlıq yalnız YouTube.com və mobil tətbiqlə məhdudlaşmayıb. YouTube Music, YouTube Kids və YouTube TV istifadəçiləri də problemdən təsirlənib.
        Şirkət əvvəlcə ana səhifənin bərpa edildiyini, lakin tam həll üzərində işlərin davam etdiyini açıqlayıb. Qısa müddət sonra isə bəzi istifadəçilərin YouTube TV-yə daxil ola bilmədiyi barədə məlumat verilib və bunun da ümumi problem ilə əlaqəli olduğu bildirilib.
    Paylaş