
Yuxudaykən yuxunu idarə etmə: Lucid dreaming
Lucid Dreaming adı ilə tanınan yuxu
hadisəsi yəqinki hər kəsin heç olmasa bir dəfə qarşılaşdığı təcrübədir. Lucid
Dreaming-in İngilscədən mənası aydın, anlaşılan yuxu deməkdir. Bu yuxu hadisəsi əslində çox da pis sayılmaz. Bu hadisənin əsas maraqlı tərəfi siz yuxuda
olduğunuzu anlayırsınız və onu idarə etməyə çalışırsınız. Bunu bacara bilmək
heç də pis deyil, hətta əyləncəli də ola bilər. Bu hadisə ilə əsasən yuxunun ortasında
oyanıb yenidən yuxuya getdikdə qarşılaşmaq olur. Elmi cəhətdən ilk dəfə Frederik Van tərəfindən
açıqlanıb.
Amma burda diqqət edilməsi lazım olan məqamlar
da var. Unutmayın ki, bu astral səyahət deyil və yuxunu idarə edirəm deyə
fikirləşib əslində bir qədər ürəyinizi sıxacaq vəziyyətlərlə də qarşılaşa bilərsiniz.
Buna səbəb isə şüuraltınızın da yatmamasıdır. Yəni əslində hər şey bir
növ sizin idarənizdə, amma eyni zamanda da sizdən asılı deyil. Çox çətin beyin
quruluşumumuz var. Çox zaman hətta belə hallarda bizi çox maraqlandıran, bizi
narahat edən hadisə və insanlar haqda məlumat almağa çalışırıq. Amma yenə də
siz çox dərinə getməyin))
Paylaş
Bənzər xəbərlər