Çinli streamer 12 saatlıq canlı yayım zamanı 1.7 milyard dollar dəyərində müxtəlif məhsullar satıb

Çinli streamer 12 saatlıq canlı yayım zamanı 1.7 milyard dollar dəyərində müxtəlif məhsullar satıb

Elektron Ticarət
26.10.2021 PAYLAŞIM

    “Lipstick King” ləqəbi ilə tanınan məşhur çinli streamer Austin Li Jiaqi canlı yayım vasitəsilə 12 saat ərzində ümumi dəyəri 1.7 milyard dollar olan müxtəlif növ məhsullar satıb. Çindən olan məşhur streamer 20 oktyabr tarixində Taobao adlı online ticarət tətbiqi üzərindən məhsul sataraq ümumilikdə 1.7 milyard dollar vəsait qazanıb. Onun sözlərinə əsasən 12 saat ərzində aparılmış canlı yayıma 250 milyona yaxın insan baxıb. Qeyd etmək lazımdır ki, adətən Alibaba şirkəti satış göstəriciləri barəsində məlumatı təqdim etmir.

    Sözügedən unikal satış göstəriciləri barəsində məlumatı Hongren Dianji adlı analitik şirkət təqdim edib. Viya ləqəbli digər bir streamer isə 12 saatlıq canlı yayım nəticəsində ümumi dəyəri 1.25 milyard dollar olan müxtəlif növ məhsullar sata bilib. Qeyd etmək lazımdır ki, keçən ilk Double 11 (11.11) endirimləri zamanı Çindən olan ticarət platformalarındakı ümumi satışlar 115 milyard dollar təşkil etmişdi. Bu isə Black Friday endirimləri zamanı Amazon-da olan satış göstəricilərindən 24 dəfə çoxdur. Lakin onu da qeyd etmək lazımıdr ki, Çində endirimli alış-verişlər demək olar 1 ay ərzində davam edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kontakt Home-dan Qurban bayramına özəl kampaniya

Sevindirən mağazamız olan Kontakt Home Qurban bayramında da evinizə sevinc gətirəcək! 30 iyul – 4 av..


Pavel Durov, App Store komissiyalarının adi istifadəçilər üçün nəyə görə zərərli..

Telegram-ın yaradıcısı Pavel Durov, Apple siyasətini tənqid etməyə davam edir.


Rəqabət artır: Amazon 2.5 milyard karqo ilə UPS və FedEx-ə çatır

Dünya nəhəngi olan Amazon-un 2019 ili ərzində karqo çatdırma sayı 2.5 milyardı keçdi. Lakin buna bax..


Rusiya elektron ticarət saytlarından Azərbaycana sifariş necə edilir? [VIDEO]..

Dünya üzərindəki əksər online mağaza şəbəkələrinin Azərbaycana məhsul çatdırılması yoxdur. Yəni məhs..


“Amazon”a qarşı terrorizm iddiası ilə istintaq başladı!

Dünyanın ən çox seçilən alış-veriş saytlarından biri olan “Amazon”un başı edilən alış-verişlərlə əla..

×