Facebook şirkəti Libra kriptovalyutasını artıq gələn ilin əvvəlində istifadəyə verə bilər
e-ticaret
30.11.2020
Emil Nəcəfov
Financial Times qəzetinin verdiyi məlumata əsasən Facebook şirkətinin Libra adlı kriptovalyutası gələn ilin əvvəlində işə salınacaq və o yalnız dollara bağlı olacaq. Gözləntilərə əsasən kriptovalyuta gələn ilin yanvar ayında istifadəyə veriləcək. Təbii ki, əgər həmin vaxta kimi İsveçrənin Swiss Financial Market Supervisiory Authority adlı nizamlayıcı orqandan təsdiqlənmə əldə olunsa bu baş verəcək. Şirkət bu nizamlayıcı orqana sorğunu bu ilin may ayında göndərmişdi. Məlumata əsasən hal hazırda Libra adlı elektron portmanat artıq hazırdır. Onun hazırlanması ilə Facebook-dan ayrılmış Novi şirkəti məşğul olur. Bununla belə kriptovalyuta məhdud sayda istifadəyə veriləcək.
Libra yalnız dollara bağlı olacaq. Daha əvvəlki planlara əsasən isə Libra multivalyutalı kriptovalyuta olmalı idi.
Bununla yanaşı məzənnələrin tez-tez qalxıb-düşməsinin ona təsir etməməsi üçün kriptovalyuta həmçinin maliyyə alətlərinə də bağlı olmalı idi. Verilmiş yeni məlumata əsasən isə multivalyutalı tokenlər daha sonra istifadəyə veriləcək. Bundan əlavə olaraq Libra ilkin mərhələdə yalnız ABŞ-da və Latın Amerikasında istifadəyə veriləcək. Şirkət öz diqqətini pul köçürmələrinin böyük kanallarına yönəltmək istəyir. Hal hazırda Novi şirkəti hər ABŞ ştatında lisenziya əldə etmək üçün çalışır. Libra alyansına daxil olan iştirakçı şirkətlər Libra-nı tez bir zamanda öz məhsullarına inteqrasiya etməyəcəklər.
Belə ki, onlar layihənin nə dərəcədə uğurlu olacağını analiz etmək istəyirlər. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Libra layihəsini 2019-cu ildə təqdim etmişdi. Həmin vaxtda Mastercard, Visa, Spotify, PayPal, eBay, Uber və Vodafone kimi şirkətlər layihənin partnyorları siyahısına daxil olmuşdular. Daha öncə layihənin bu ilin əvvəlində işə salınması planlaşdırılırdı. Lakin bir sıra ölkələrin nizamlayıcı orqanları bildirmişdilər ki, Libra külli miqdarda pul vəsaitlərinin yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə şərait yaradacaq. Nəticədə layihədən ilk öncə PayPal, daha sonra isə Mastercard, Visa və eBay şirkətləri çıxdılar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!