main-post-cover

    Microsoft Bing axtarış sistemini Apple şirkətinə satmağa çalışıb

    Startup və Biznes
    02.10.2023
    Emil Nəcəfov
        Bloomberg saytının verdiyi məlumata əsasən Microsoft şirkəti 2020-ci ildə özünün Bing axtarış sistemini Apple şirkətinə satmağı nəzərdən keçiribmiş. Əgər tərəflər arasındakı bu müqavilə bağlansaydı, Apple cihazlarında Google Search sistemi Bing ilə əvəz ediləcəkdi. Lakin məlumata əsasən tərəflər arasındakı danışıqlar təklif mərhələsindən o tərəfə keçməyib. Bu isə Apple rəhbərliyinin bu məsələdə maraqlı olmadığından xəbər verir. Bu mövzu barəsində məlumat ABŞ Federal Ticarət Komissiyasının Google şirkətinə qarşı olan məhkəmə prosesi çərçivəsində ortaya çıxıb.
        Şahidlərin ifadələrindən aydın olub ki, Apple şirkəti öz cihazlarında Google Search axtarış sistemini əvəzləmək barəsində heç zaman ciddi şəkildə düşünməyib. "Heç sirr deyil ki, Apple şirkəti Bing-in mövcudluğundan daha çox pul qazanır, nəinki biz. Biz, Apple şirkətini bizim axtarış sistemimizdən istifadəyə razı salmağa çalışırıq. Lakin Apple üçün Bing axtarış sistemi hər zaman ikinci dərəcəli bir layihə olub" - deyə Microsoft şirkətinin reklam və veb servislər üzrə rəhbəri Mixail Paraxin qeyd edib.
        Bloomberg-in məlumatlarına əsasən Google ilə Apple arasındakı sərfəli əməkdaşlıq Bing-in Apple cihazlarında ortaya çıxmamasının əsas səbəbkarı olub. Məlumata əsasən Google Search axtarış sisteminin iOS iPadOS-də standart axtarış sistemi kimi qalması üçün Google hər il Apple şirkətinə 20 milyard dollar vəsait ödəyir. İstifadəçilər istədikləri zaman öz cihazlarında standart axtarış sistemi kimi Google Search-ü əvəz edə bilərlər. Lakin bunu edən istifadəçilərin sayı həddindən artıq azdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər