main-post-cover

    Pavel Durov, App Store komissiyalarının adi istifadəçilər üçün nəyə görə zərərli olduqlarını açıqlayıb

    Tech-Biznes
    e-ticaret
    29.07.2020
    Farid Pardashunas
        Telegram-ın yaradıcısı Pavel Durov, Apple siyasətini tənqid etməyə davam edir. Telegraph-dakı məqaləsində Durov qeyd edib ki, App Store-un 30%-lik komissiyaları tətbiqlərin qiymətlərini adi istifadəçilər üçün qaldırır. Buna görə də o, Apple qaydalarının adi istifadəçiləri də əhatə edən 7 səbəbi açıqlayıb.
    Daha böyük qiymətlər:
        Durov bildirib ki, komissiyanı istifadəçilər tərtibatçılara istənilən servis və ya oyuna görə ödəyirlər. O bunu “hər bir tətbiqə olan əlavə vergi” kimi adlandırıb.
    Senzura:
        Durov qeyd edib ki, iPhone üçün olan tətbiqlərin bir hissəsinin daxili kontentləri istifadəçilər üçün aktiv deyil. Belə ki, Apple şirkəti məcburi senzuranı tətbiq edir. Durov-un sözlərinə əsasən bu üsul ilə Apple şirkəti tərtibatçıları tamamilə idarə edə bilir və onlardan komissiya ala bilir. “Bundan əlavə olaraq Apple tərtibatçılara tətbiqdəki bu və ya digər kontentin məhz şirkətin tələbi ilə göstərilməməsinin bəyan edilməsini də qadağan edir” - deyə Durov əlavə edib.
    Konfidensiallığın aşağı düşməsi:
        iPhone smartfonuna hər hansı bir tətbiqin yüklənməsi üçün istifadəçi Apple hesabı yaratmalıdır. Yüklənmiş tətbiqlər və onların bildirişləri yaradılmış istifadəçi hesabına bağlı olur. Bu isə istifadəçilərin əməliyyatlarını izləməyə imkan verir.
    Yenilənmələrin gecikməsi:
        Durov-un sözlərinə əsasən Apple şirkətinin moderatorlar komandası çox zaman heç bir səbəb olmadan yenilənmələrin istifadəyə verilməsi təsdiqini təxirə salır. Buna görə də istifadəçilər tətbiqlərin yenilənmiş versiyalarını daha gec əldə edirlər. Durov qeyd edib ki, Telegram-ın yeni versiyası istifadəçilər üçün daha tez təqdim oluna bilərdi.
    Tətbiqlərin azlığı:
        Apple şirkətinə ödənilən 30% komissiyadan əlavə olaraq tərtibatçılar öz tətbiqlərinin yardılışı prosesi zamanı digər xərclərlə də qarşılaşırlar. Bura vergilər, maaşlar, tərtibat xərcləri, təchizat və marketinq kimi əlavə xərclər daxildirlər. Durov bildirib ki, Apple şirkətinə ödənilən komissiya tərtibatçıların tətbiq satışından əldə etdikləri gəlirin 1/3 hissəsidir. 30%-lik komissiyanın ödənilməsi öz növbəsində bir sıra tərtibatçıların işsiz qalmalarına səbəb olur. Bu məsələ həmçinin adi istifadəçilərə də təsir edir. Belə ki, onlar nəticə etibarilə istifadəyə verilməmiş yaxşı tətbiqlərdən məhrum olurlar.
    Daha çox reklam:
        “Apple şirkəti əlavə xidmətlərin istifadəçilərə satılması məsələsini tərtibatçılar üçün o qədər də cəlbedici etmədiyinə görə tərtibatçılar məcbur şəkildə öz tətbiqlərində daha çox reklamlardan istifadə edirlər ki, xərclərini qarşılaya bilsinlər” - deyə Durov bildirib.
    Tətbiqlərin keyfiyyətlərinin düşməsi:
        Tətbiqlərin keyfiyyətlərinin aşağı düşməsi də birbaşa tərtibatçılarda yetəri vəsaitin olmaması ilə bağlıdır. Halbuki ödənilən komissiyalar tətbiqlərin keyfiyyətlərinin yüksəlməsinə xərclənə bilərdi. Lakin mövcud olan vəziyyətdə proqram təminatı tərtibatçıları öz məhsullarının təkmilləşdirilməsi üçün heç də hər zaman resurs tapa bilmirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər