Rəqabət artır: Amazon 2.5 milyard karqo ilə UPS və FedEx-ə çatır

Rəqabət artır: Amazon 2.5 milyard karqo ilə UPS və FedEx-ə çatır

Elektron Ticarət
16.12.2019 PAYLAŞIM

        Dünya nəhənglərindən olan Amazon karqo servislərində adətən öz xidmətlərindən istifadə edir. Bu səbəbdən sürətli çatdırılma dedikdə ağıla gələn ilk şirkətlərdən biridir. Açıqlanan statistikalara görə nəhəng şirkət bu il ərzində 2.5 Milyard karqonu sahibinə çatdırıb. Analitiklərin fikirlərinə görə bu sürətli irəliləyiş davam edərsə, rəqibi olan FedEx və  UPS karqo şirkətlərini keçə bilər.

UPS ildə 4,7 milyard, FedEx 3 milyard karqo, Amazon isə 2,5 milyard karqonu sahibinə çatdırır.


        Morgan Stanley tərəfindən bildirilən məlumatlara əsasən, Amazon karqolarının təxminən 50%-ini öz hesabına çatdırır. Xüsusilə də şəhər və kənd mərkəzlərində Amazon bütün çatdırılmanı özü edir. Analitikin dediklərinə görə yaxın zamanlarda ABŞ-da evlərə karqo çatdırılmasında Amazon rəqibləri olan FedEx-i və UPS karqonu keçə bilər. Həmçinin 2020-ə qədər 10 dollarlıq paketlərdə 6.5 milyard karqonu keçəcəyi də gözlənilir. 

        Keçən il Amazon-un öz hesabına çatdırdığı karqo sayı ümumi sifarişlərin sadəcə 20%-ini təşkil etməsinə baxmayaraq bu il bu nisbət 46%-ə qədər artdı. Lakin Amazon hələ də ucqar şəhərciklərə çatdırılma üçün digər karqo şirkətlərindən istifadə edir. FedEx ilə müqaviləsi tamamlanan Amazon bu çatdırılmalar üçün 15 yeni karqo təyyarəsi almışdı. Təxminlərə görə isə şirkət 2021-ci ilə qədər 70-dən çox karqo təyyarəsinə malik olacaq. Lakin say hesabına baxdığımızda UPS və FedEx şirkətlərinin 100-ün üzərində karqo təyyarəsinə malik olduğunu görürük. Amazon qurucusu olan Jeff Bezos Twitter üzərindən verdiyi məlumatlarda özlərinə məxsus hava üzərindən çatdırılma servislərinə 1.5 milyard dollarlıq investisiya qoyduqlarını bildirmişdi. Bütün bu məlumatlardan görünür ki, növbəti illərdə karqo çatdırılmasında rəqabət daha da qızışacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kontakt Home-dan Qurban bayramına özəl kampaniya

Sevindirən mağazamız olan Kontakt Home Qurban bayramında da evinizə sevinc gətirəcək! 30 iyul – 4 av..


Pavel Durov, App Store komissiyalarının adi istifadəçilər üçün nəyə görə zərərli..

Telegram-ın yaradıcısı Pavel Durov, Apple siyasətini tənqid etməyə davam edir.


Rusiya elektron ticarət saytlarından Azərbaycana sifariş necə edilir? [VIDEO]..

Dünya üzərindəki əksər online mağaza şəbəkələrinin Azərbaycana məhsul çatdırılması yoxdur. Yəni məhs..


“Amazon”a qarşı terrorizm iddiası ilə istintaq başladı!

Dünyanın ən çox seçilən alış-veriş saytlarından biri olan “Amazon”un başı edilən alış-verişlərlə əla..


Kriptovalyutanı haradan almaq olar?

Sosial şəbəkələrdə son zamanlar kriptovalyutalara marağın artdığının şahidi oluram. Bir çox hall..

×