22H2 yenilənməsindən sonra Windows 11-də faylların yüklənmə və kopyalanma sürətləri aşağı düşüb

22H2 yenilənməsindən sonra Windows 11-də faylların yüklənmə və kopyalanma sürətləri aşağı düşüb

Əməliyyat sistemləri
05.10.2022 PAYLAŞIM

    Windows 11 üçün bir neçə müddət bundan öncə istifadəyə verilmiş 22H2 adlı yenilənmə istifadəçiləri tamamilə yeni funksiyalar ilə təmin etməklə yanaşı həmçinin onlara bəzi problemlər də yaşada bilər. Microsoft təmsilçisi bildirib ki, 22H2 yenilənməsini əldə edəndən sonra Windows 11-də falların digər kompüterdən uzaqdan yüklənməsi və hətta lokal faylların kopyalanması sürəti 40% aşağı düşə bilər. Microsoft şirkətinin tətbiqlər üzrə baş meneceri olan Ned Pyle-ın sözlərinə əsasən faylların yüklənmə və kopyalanma sürətlərinin aşağı düşməsi halı məhz Windows 11 22H2-ni əhatə edir. Bu Server Message Block (SMB) adlı protokolun istifadəsi ilə faylların digər kompüterdən uzaqdan yüklənməsi zamanı baş verir.

    Serverdən uzaqdan yüklənmə zamanı faylların kopyalanma sürətinin aşağı düşüb-düşmədiyi bilinmir. Heç istisna deyil ki, problem yalnız digər kompüterdəki faylların uzaqdan yüklənməsini əhatə etsin. Microsoft özü də buna tam dəqiq cavab verə bilmir. Belə ki, Ned Pyle-ın sözlərinə əsasən yaranmış problem SMB kodunda deyil. Buna görə də problemin nə zaman aradan qaldırılacağı barəsində dəqiq bir məlumat vermək mümkün deyil. Hal hazırda Microsoft sözügedən problemin həll üsulunun axtarılması ilə məşğuldur. Məlumatda qeyd edilib ki, kopyalama və ya yükləmə sürətinin aşağı düşməsi halı böyük həcmli faylların bir kompüterdən Windows 11 22H2 əməliyyat sistemli digər kompüterə uzaqdan yüklənməsi zamanı müşahidə olunur.


    Maraqlısı ondadır ki, Windows-un digər versiyalarında bu problem müşahidə edilmir. Ned Pyle sözügedən problemin aradan qaldırılmasına kimi kontentlərin robocopyxcopy adlı əmrlər sətri tətbiqləri vasitəsilə kopyalamağı təklif edir. Bu halda istifadəçilər /J parametrindən istifadə etməli olacaqlar. Microsoft təmsilçisi bu üsul üçün kod nümunəsini təqdim edib: robocopy \\someserver\someshare c:\somefolder somefile.ned /J.  Bu kod nümunəsindən istifadə edən zaman someserver, someshare somefolder hissələrinə düzgün istiqamətlənməni, somefile hissəsinə isə kopyalanan faylın adını yerləşdirmək lazımdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iOS 17 barəsində ilk məlumatlar təqdim edilib

İnsayderlər bu il təqdim ediləcək iOS 17 əməliyyat sistemi barəsində bəzi məlumatları təqdim ediblər..


Android 14-də köhnəlmiş tətbiqlərin quraşdırılması bloklanacaq

Bu il təqdim ediləcək Android 14-ün beta versiyasının kodunda yeni təhlükəsizlik qaydası aşkar edili..


Apple Music, TV və Devices tətbiqləri Windows 11-də istifadəyə verilib

Windows 11-də Apple şirkətinin bəzi tətbiqlərinin test versiyaları istifadəyə verilib.


Google Chrome brauzerinin Android versiyası çox faydalı yeni funksiya əldə edib..

Google Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasına Instance Switcher adlı yeni funk..


Windows 7 və Windows 8,1 üçün son rəsmi yenilənmələr təqdim edilib

Microsoft Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün son rəsmi yenilənmələri təqdim etdi...


Apple iOS istifadəçilərinə tətbiqləri kənar resurslardan yükləməyə icazə verəcək..

Bir neçə aydan sonra Avropa Birliyində yeni antimonopoliya qanunu qüvvəyə minə bilər.

×