main-post-cover

    Android 11-də silinən fayllar üçün çoxdan gözlənilən funksiya reallaşdırılacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    14.06.2020
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə Google şirkəti Android 11-in ilk beta versiyasını təqdim etmişdi. Bu səbəbdən də sözügedən əməliyyat sistemi barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. Beləliklə verilmiş məlumata əsasən Android 11-in sahib olacağı yeni funksiyalardan biri də Windows-dakı Zibil qutusu (Recycle bin) analoqu olacaq. Bu barədə XDA-Developers saytı xəbər verib.
        Əgər əvvəllər silinən fayllar geri qaytarılmaq imkanı olmadan silinirdisə, bu funksiya sayəsində silinmiş fayllar müəyyən müddətlik daxili yaddaşın xüsusi hissəsinə yerləşdiriləcək. Bu üsul ilə istifadəçi təsadüfən silmiş olduğu faylı yenidən bərpa edə biləcək. Bu cür sistem uzun müddətdir ki, Google Photos servisində çalışır.
        Belə ki, həmin servisdə də silinmiş foto və videonu müəyyən müddət ərzində bərpa etmək mümkündür. Windows-dakı zibil qutusundan fərqli olaraq Android 11-də olacaq zibil qutusuna düşəcək fayllar ayrı-ayrı qovluqlara sahib olmayacaqlar. Qeyd etmək lazımdır ki, bu yeni funksiya hələ Android 11 Developer Preview-da aşkar edilmişdi. Lakin həmin vaxtda zibil qutusundakı fayllar 7 gündən sonra avtomatik şəkildə yaddaşdan tamamilə silinirdilər. İndi isə bu müddət aralığı 30 günə yüksəldilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər