Android 11 əməliyyat sistemi bu tətbiqlərin quraşdırılmasını qəlizləşdirəcək

Android 11 əməliyyat sistemi bu tətbiqlərin quraşdırılmasını qəlizləşdirəcək

Əməliyyat sistemləri
04.06.2020 PAYLAŞIM

    Android əməliyyat sistemi kənar resurslardan olan tətbiqlərin smartfona qurşdırılması mövzusuna loyal yanaşır. Lakin yaxın zamanda Android smartfon istifadəçilərini heç də xoş olmayan sürpriz gözləyə bilər. Belə ki, insayderlərin verdikləri məlumatlara əsasən Android 11 əməliyyat sistemi kənar resurslardan tətbiqlərin quraşdırılması prosesini qəlizləşdirəcək. Bu barədə Slashgear saytı xəbər verib. Ənənə üzrə Google Play-dən olmayan hansısa APK faylını yükləyəndən sonra Android əməliyyat sistemi sadəcə olaraq yüklənmiş tətbiqin quraşdırılması üçün istifadəçidən icazə tələb edir.


    Bəzi tərtibatçıların verdikləri məlumata əsasən Android 11-də bu proses bir qədər qəlizləşdirilib. Məlumatda qeyd olunub ki, istifadəçinin icazə verməsindən dərhal sonra əməliyyat sistemi APK faylla əlaqəsi olan tətbiqi bağlayır. Məsələn, yüklənmiş APK fayl brauzerdə işə salınıbsa, deməli brauzer bağlanacaq. Bu isə öz növbəsində istifadəçi məlumatlarının itirilməsinə gətirib çıxarda bilər. Maraqlısı ondadır ki, Google şirkəti sistemin bu cür davranışını tamamilə normal hesab edir.

    Şirkət qeyd edib ki, bu, Scoped Storage funksiyasının çalışmasının nəticəsidir. Bu funksiya tətbiqlərə fayl sisteminin bəzi elementlərini əldə etmələrinin qarşısını alır. Kənar resursdan olan tətbiqi uğurlu şəkildə smartfona quraşdırmaq üçün istifadəçinin icazəsi ilə quraşdırılması prosesini yenidən işə salmaq lazım olacaq. Google şirkəti qeyd edib ki, o bu yeni funksiyanı hələ test edir. Sözügedən funksiyanın Android 11-in final versiyasında necə olacağı və ya onun ümumiyyətlə belə formatda əməliyyat sisteminə inteqrasiya olunub-olunmayacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12-də tətbiqlərin klonlaşdırılması funksiyası istifadəyə veriləcək..

XDA-Developers saytının keçmiş redaktoru Mishaal Rahman Android 12 üçün nəzərdə tutulmuş dokumentasi..


Windows 11-də Android tətbiqlərin necə görünəcəkləri ilə bağlı fotolar ortaya çı..

Bu ayın əvvəlində Microsoft şirkəti Windows 11-in stabil versiyasını rəsmi şəkildə istifadəyə verdi...


Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təq..

Microsoft şirkəti dəfələrlə öz əməliyyat sisteminin müxtəlif təkmilləşdirilmiş versiyalarına qarşı ç..


Windows 11 AMD prosessorlarının performanslarını aşağı salır

AMD şirkəti rəsmi şəkildə təsdiqləyib ki, onun prosessorlarının performansları Windows 11 əməliyyat ..


Windows 11 rəsmi şəkildə istifadəyə verilib

Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib.


Aparılmış tədqiqata əsasən kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil..

Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyi..

×