main-post-cover

    Android 11-in ilk beta versiyası təqdim olundu: Nə kimi yeniliklər var?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    02.06.2020
    Emil Nəcəfov
        Keçən həftə Google şirkəti istifadəçilərə bildirmişdi ki, Android 11-in ilk beta versiyası gecikəcək. Lakin dünən yeni əməliyyat sisteminin ilk beta versiyası Pixel smartfon seriyasının bəzi modelləri üçün təqdim olundu. Tərtibatçılar təqdim edilmiş ilk beta versiyanı artıq incələyərək onda olan yenilikləri qeyd ediblər. Bu barədə 9to5google saytı xəbər verib. Android 11 beta 1 hal hazırda hətta məhdud sayda Pixel modellərində aktivdir. Pixel 4 XL smarfonu üçün Android 11 beta 1-in həcmi 736 MB təşkil edir.
        Beta versiyasının təsvirində “Android R-in beta versiyası” yazısı var. İstifadəçilər güman edirlər ki, yeni əməliyyat sisteminin beta versiyası təsadüfi şəkildə təqdim edilib. Beləliklə Android 11-də olacaq yeniliklərə gəldikdə, ilk növbədə smartfonun yandırıb/söndürmə düyməsini kliklənmiş vəziyyətdə saxlayan zaman ortaya çıxan yeni menyunu qeyd etmək lazımdır. Həmin menyuda Google Pay servisinə qoşulu olan bank kartlarını və ağıllı ev əşyalarını idarə etmək olar.
        Vizual yeniliklər sırasında yeni ikon formalarını, xüsusi imkanlar bölməsində ortaya çıxan qrafik ipucuları və smartfon ayarları menyusunda köpüklər şəklində ortaya çıxan bildirişlərin aktivləşdirilməsi funksiyası var. Bununla yanaşı Android 11 mediaplayer-i bildirişlər mərkəzinin sürətli ayarlar pəncərisinə daşımağa imkan verir. Qeyd etmək lazımdır ki, Android 11-in rəsmi şəkildə təqdimatının keçiriləcəyi The Beta Show tədbiri sabah baş tutmalı idi. Lakin şirkət həmin tədbiri bilinməyən müddətə kimi təxirə saldı. Android 11-in stabil versiyasının nə zaman təqdim olunacağı hələ bilinmir.
    Linki kopyala