main-post-cover

    Android 12 Developer Preview təqdim olunub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    19.02.2021
    Farid Pardashunas
        Google şirkəti Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş (Android 12 Developer Preview) ilk versiyasını təqdim edib. Yeni əməliyyat sisteminin əsas özəllikləri arasında jestlər vasitəsilə yaxşılaşdırılmış naviqasiya sistemi, geniş multimedia formatlarının dəstəyi, yenilənmiş istifadəçi interfeysi və s. var. İlkin beta versiyadan başlayaraq Google şirkəti əməliyyat sisteminin interfeysinin yenilənməsinə start verib. Belə ki, bundan sonra bildirişlər panelinin işə salınması və ya sistemə geri dönüş üçün bir dəfə swype etmək kifayət edəcək. Android 11-də bunun üçün istifadəçi iki dəfə swype etməlidir.
        Bununla yanaşı ayarlama prosesinin rahat reallaşdırılması üçün şirkət ekranın avtomatik bloklayıcısı və istifadəçinin gözlərinin izlənməsi bölmələrini bir menyuda birləşdirib.Əməliyyat sisteminin tərkibində olan yeni vahid API sayəsində istifadəçi kontenti istənilən mümkün mənbədən əldə edə bilər. Android 12 həmçnin JPEG ilə müqayisədə daha yaxşı təsvir keyfiyyətini təmin edən AVIF formatının dəstəyini əldə edib. Tərtibatçılar həmçinin bildiriblər ki, əməliyyat sistemi üstəlik HEVC formatını da dəstəkləyir.
        Android 12-də uzun screenshotların edilməsi funksiyası reallaşdırılacaq. Sözügedən funksiya Android 12-nin beta versiyasında olsa da hələ aktivləşdirilməyib. Screenshotların yeni redaktoru isə edilmiş screenshotlara tez zamanda müxtəlif mətnlər və emojilər yerləşdirməyə imkan verir. Google yeni əməliyyat sistemində multimedia özəlliklərinə xüsusi diqqət ayırıb. Android 12 Developer Preview-da smartfonun yandırıb/söndürmə düyməsinə iki dəfə klikləməklə müəyyən əməliyyatın işə düşməsini reallaşdırmaq funksiyası mövcuddur.
        Sürətli ayarlar bölməsində kamera ilə mikrofonun sürətli bloklanması reallaşdırılıb. Pixel 5 Pixel 4a smartfonlarının istifadəçiləri Display Cutout menyusu sayəsində ön kameranın yerləşdiyi çıxıntı hissəsini görməyəcəklər. Hal hazırda Android 12 Developer Preview versiyasını Pixel 3-dən başlayaraq indiyənə kimi satışa çıxmış bütün Pixel modellərinin istifadəçiləri yükləyə bilərlər. Ümumilikdə Android 12 8 mərhələdə təqdim ediləcək. 3 ədəd Developer Preview, 4 ədəd beta versiya və stabil versiya. Stabil versiyanın avqust ayında istifadəyə verilməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər