Android 12-nin nə zaman təqdim olunacağı məlum olub

Android 12-nin nə zaman təqdim olunacağı məlum olub

Əməliyyat sistemləri
08.04.2021 PAYLAŞIM

    Google şirkəti şifrələnmiş mesaj yayımlayıb və həmin mesajda hər il keçirilən Google I/O tədbirinin bu ilki keçirilmə tarixi gizlədilib. İstifadəçilər şirkət tərəfindən təqdim edilmiş həmin mesajı deşifrələmək üçün o qədər də çox vaxt sərf etməyiblər. Nəticədə məlum olub ki, yeni Android 12-nin təqdimatını çox gözləmək lazım gəlməyəcək. Beləliklə şifrələnmiş mesajın deşifrələnməsi nəticəsində məlum olub ki, bu ilki Google I/O tədbiri 18-20 may tarixlərində baş tutacaq. Tədbir online formatda keçiriləcək və bütün istifadəçilər üçün pulsuz olacaq. Sözügedən tədbir ilk növbədə istifadəçilər və tərtibatçılar üçün nəzərdə tutulmuş Google məhsullarına həsr olunur.


    Tədbirə həmçinin texniki sessiyalar da daxil olacaqlar. Qeydiyyatdan keçmiş istifadəçilər professional mütəxəssislər tərəfindən keçirilən pulsuz seminarlarda iştirak edə biləcəklər. Lakin tədbirin əsas diqqəti təbii ki, yeni Android versiyasına ayrılacaq. Hamının gözlədiyi Android 12 məhz Google I/O 2021 tədbiri çərçivəsində rəsmi şəkildə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda Android 12-nin beta versiyası Android 12 Developer Preview formatında tərtibatçılar üçün aktivdir. Tədbirdə əməliyyat sisteminin yeni versiyasında reallaşdırılacaq yeni funksiyalar və onun stabil versiyasının istifadəçilər üçün nə zaman təqdim olunacağı barəsində məlumatlar veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12-nin stabil versiyasının çıxışı bir qədər təxirə salınıb

Google şirkəti gözlənilmədən Android 12 əməliyyat sisteminin istifadəyə verilmə müddətində dəyişikli..


Microsoft Windows 11-in istifadəyə verilmə tarixini elan edib

Microsoft rəsmi şəkildə elan edib ki, Windows 11-in işıq üzü görməsinə 1 aydan bir qədər çox vaxt qa..


Microsoft köhnə kompüterlərdə Windows 11-in funksionallığını məhdudlaşdıracaq..

Bir neçə gün bundan öncə Microsoft şirkəti elan etmişdi ki, Windows 11-i hətta köhnə kompüterlərə də..


Windows 11-i köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq

Microsoft şirkəti istifadəçilərin narazılıqlarını nəzərə alaraq elan edib ki, Windows 11 əməliyyat s..


Apple şirkətinin fotoların skan olunması funksiyası iOS 14.3-də aşkar edilib..

Hələ bir neçə müddət bundan öncə Apple şirkəti iCloud fotoların skan olunması funksiyasını anons etm..


Windows 10 torrent və kriptovalyuta mayninqi tətbiqlərini bloklamağa başlayıb..

Bu ayın əvvəlində Microsoft özünün Defender antivirusunun çalışma siyasətinə dəyişikliklər əlavə etm..

×