main-post-cover

    Android 12-nin tərtibatçılar üçün ikinci beta versiyası təqdim olunub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    18.03.2021
    Farid Pardashunas
        Google şirkəti Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş ikinci beta versiyasını təqdim edib. Təqdim edilmiş Android 12 Developer Preview 2 versiyasında yeni funksiyalar aşkar edilib. İkinci beta test əməliyyat sisteminə bir əl ilə smartfondan idarə, yenilənmiş sistem interfeysi, redizayn edilmiş vidjetlər kimi bir sıra yeni imkanlar əlavə edib. Əməliyyat sisteminin yeni beta versiyasında picture-in-picture rejiminin imkanları genişləndirilib.
        Bundan bu sonra bu rejimdə aktiv olan pəncərəni kənara sürüşdürmək, bir toxunuşla videonun idarəedilməsi panelini işə salmaq və pəncərəyə iki dəfə klikləyərək pəncərənin ölçüsünü kiçiltmək və ya böyütmək olar. Mediaplayerin istifadəçi interfeysində də dəyişiklik edilib. Belə ki, istifadəçi mediaplayerin arxa fon rəngini dəyişə biləcək. Həmçinin bloklanmış ekran görüntüsündə bir sıra dəyişikliklər reallaşdırılıb.
        Təqdim edilmiş fotolarda bir əl ilə smartfondan idarə rejimi və vidjetlər siyahısının yeni dizaynı əks olunub. Android 12 Developer Preview 2-də tərtibatçılar smartfon ekranının kənar hissələrinin nə dərəcədə əyilmiş olduqlarını öyrənə bilərlər. Bunun sayəsində onlar tam ekranda əks olunacaq foto formatını seçə bilərlər. Bundan əlavə olaraq əsas ekranda əks olunan tətbiqlərin adlarındakı şriftlərin ölçüləri kiçilib.
        Həmçinin qovluqlarda daha çox shortcut saxlamaq olar. Dark Mode rejimi isə bir qədər daha açıq rəngdə reallaşdırılıb. Daha bir maraqlı yenilik əsas ekranda yerləşdirilmiş People Space adlı vidjetdir. Bu vidjet istifadəçinin konkret şəxs və ya qrup ilə sonuncu dəfə nə zaman ünsiyyətdə olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Android 12-nin test müddəti hələ 6 ay davam edəcək. Adi istifadəçilər üçün ilk beta test versiyası may ayında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər