
Android 13 bazar payına görə Android versiyaları arasında birinci yerə yüksəlib
Əməliyyat sistemləri
31.10.2023
Emil
Google şirkəti Android əməliyyat sisteminin müxtəlif versiyalarının istifadəçilər arasında yeni yayılma statistikasını təqdim edib. Təqdim edilmiş yeni statistika sayəsində məlum olub ki, Android 13 sonunda Android versiyaları arasında birinci yerə yüksəlib. Belə ki, Android 13 əməliyyat sistemi Android versiyaları arasında 22.4% bazar payına sahib olub. Qeyd etmək lazımdır ki, may ayında təqdim edilmiş statistikada sözügedən Android versiyası 14.7%-lik göstərici ilə 4-cü yerdə qərarlaşmışdı. 2020-ci ildə istifadəyə verilmiş Android 11 yeni statistikaya əsasən 21.6%-lik bazar payı ilə ikinci yerə enib. Android 10 16.1%-lik göstərici ilə üçüncü yerdə, Android 12 isə 15.8%-lik göstərici ilə dördüncü yerdə qərarlaşıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
