main-post-cover

    Android-də istifadəçi məlumatlarının yığılmasının və izlənməsinin deaktiv edilməsi funksiyası olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.02.2021
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Apple şirkəti bildirmişdi ki, iOS-ə yeni funksiya əlavə ediləcək və həmin funksiya üçüncü tərəflərin istifadəçi məlumatlarını yığmalarının qaşısını alacaq. İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti də bu cür funksiyanın reallaşdırmasını planlaşdırır. Beləliklə bu cür funksiya yaxın zamanda Android əməliyyat sistemində də istifadəyə verilə bilər. Bu barədə Bloomberg saytı xəbər verib. Google şirkətinə yaxın olan mənbələr xəbər veriblər ki, Google tərtibatçıları istifadəçi məlumatlarının yığılmasının və onların izlənməsinin məhdudlaşdırılması imkanını nəzərdən keçirdirlər.
        Bu cür yenilik yaxın zamanda Android-in bir hissəsinə çevrilə bilər. Başqa sözlə desək, Android üçün olan tətbiqlər məlumatların yığılması məsələsində istifadəçilərdən icazə istəyə bilərlər. Bununla Google şirkəti konfidensiallıq məsələsinə ciddi yanaşan istehlakçıların tələblərini yerinə yetirmək niyyətindədir. İlkin məlumata əsasən Android əməliyyat sisteminin ayarlarında əlavə düymə reallaşdırılacaq və həmin düyməyə klik edərək istifadəçi istənilən məlumat yığımı və izlənmə prosesini deaktiv edəcək. Hal hazırda bu yeni funksiya ilkin hazırlanma mərhələsindədir və onun nə zaman Android-ə inteqrasiya ediləcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala