Android-in uzunmüddətli dəstəyi: Google şirkəti Qualcomm ilə əməkdaşlıq müqaviləsi bağlayıb

Android-in uzunmüddətli dəstəyi: Google şirkəti Qualcomm ilə əməkdaşlıq müqaviləsi bağlayıb

Əməliyyat sistemləri
17.12.2020 PAYLAŞIM

    Android vasitəsilə çalışan smartfonların dəstək müddətini uzatmaq üçün Google şirkəti Qualcomm ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu barədə Androidpolice saytı xəbər verib. Beləliklə bundan sonra yeni Snapdragon prosessorunu əldə edəcək smartfonlar Android-in 4 versiyasını və 4 il ərzində təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. İki şirkət arasında bağlanmış əməkdaşlıq müqaviləsi hələki Snapdragon 888 prosessorunu əhatə edir.

    Bu isə o deməkdir ki, gələn il bu prosessora və Android 11-ə sahib olacaq flaqman smartfonlar növbəti illərdə Android 12-ni, Android 13-ü və Android 14-ü əldə edəcəklər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 865 prosessoruna sahib olan smartfonlar yalnız Android 12 ilə Android 13-ü əldə edəcəklər. Növbəti mərhələdə 4 illik dəstək müddəti həmçinin daha ucuz smartfonlarda reallaşdırılacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti ve..


Xiaomi: 'Android 11 son illərin ən problemli əməliyyat sistemidir'

Xiaomi bildirib ki, son il ərzində MIUI istifadəçi interfeysi əvvəlki illərlə müqayisədə daha çox də..


Android 12-nin nə zaman təqdim olunacağı məlum olub

Google şirkəti şifrələnmiş mesaj yayımlayıb və həmin mesajda hər il keçirilən Google I/O tədbirinin ..


Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib..

Xiaomi şirkəti özünün yeni MIUI 12.5 istifadəçi interfeysinin istifadəyə verilmə planları barəsində ..


Tim Cook iOS-də olan əsas məhdudiyyətlərdən birinin səbəbini açıqlayıb..

The New York Times ilə baş tutmuş böyük müsahibə çərçivəsində Apple şirkətinin CEO-su Tim Cook elekt..


Google Android tətbiqlər üçün təhlükəsizlik şərtlərini daha da sərtləşdirəcək..

Google şirkətinin fikrincə tərtibatçılar daha dürüst olmalıdırlar və öz rəqibləri ilə istifadəçiləri..

×