main-post-cover

    Android mühəndisi açıqladı: Android yenilənmələri niyə gec gəlir və ya heç gəlmir?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    12.07.2020
    Nijat Hamid
            Android əməliyyat sisteminə yenilənmələr niyə gec gəlir? Hətta bəzən gəlmir. Buna səbəb nədir? Bu halları bəzən 1 il öncə alınmış smartfonlarda belə görmək mümkündür. Bu gün bir çox istifadəçi bu vəziyyətdən şikayət edir. Reddit platformasında Android mühəndisləri toplanaraq bütün bu suallara cavab verdi. Lakin ən çox verilən sual isə bu idi: Niyə smartfon istehsalçıları davamlı şəkildə android yenilənmələrini istifadəçilərə verə bilmirlər?

    Android mühəndisləri tərəfindən verilən cavaba görə buna ən böyük maneə maliyyə qiymətidir.

            Android mühəndisinin verdiyi cavaba görə sistem yenilənməsinin verilməsinin maliyyə qiymətlərini artıran 4 əsas səbəb var: İlk səbəb android əməliyyat sisteminin açıq qaynaqlı olması özəlləşdirilə bilən olmasıdır. Yəni Google şirkəti smartfon istehsalçılarına əslində tam işlək bir sistem vermir. Bu səbəbdən smartfon istehsalçıları əvvəlcə android üçün interfeys hazırlamağa məcburdular. 
            İkinci səbəb olaraq android ekosisteminin çox böyük olması göstərilir. Bu səbəbdən hər yeni sistem hər cihaz üçün optimizasiya edilməlidir. Bu da çoxlu işçi gücü tələb etdiyi üçün smartfon istehsalçılarına sərf etmir. Bu 2 səbəb Google ilə əlaqəli olduğu üçün qismən ildən-ilə uyğun addımlar ilə maliyyə qiymətləri azaldıla bilir.
            Üçüncü səbəb olaraq isə hər yeni android versiyası üçün müəyyən sayda şirkətin təqdimatlara qatılmasıdır. Yəni hər şirkət yeni android versiyası çıxanda onu əldə etmək üçün Google-a müraciət etmir. Bu səbəbdən Google android lisenziyalarını daha baha satmağa məcbur olur. Dördüncü səbəb isə hər yeni çıxan android versiyası üçün operatorlara ödənilən lisenziya qiymətləridir. Bu son 2 səbəb Google ilə əlaqəli olmadığı üçün həll edilməsi çətin kimi görünür.
            Bu 4 səbəbə görə smartfonlar üçün yeni android versiyalarının gəlməsi gecikir və ya şirkət tərəfindən verilməsindən imtina edilir. iOS əməliyyat sisteminin interfeys, optimizasiya və s. kimi ehtiyacları olmadığı üçün Apple şirkəti uzun illər cihazlarına yenilənmələri rahatlıqla verə bilir.
    Linki kopyala