Aparılmış tədqiqata əsasən kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil
Əməliyyat sistemləri
04.10.2021
Emil Nəcəfov
Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyin etmişdi. Bununla belə biznes istifadəçilərin cihazlarının yeni əməliyyat sisteminə keçidə hazır olduqlarına dair şübhələr var. Lansweeper adlı tətbiq vasitəsilə xüsusi tədqiqat aparılıb və həmin tədqiqatda 600.000-ə yaxın təşkilatı əhatə edən 30 milyon ədəd kompüter iştirak edib. Aparılmış tədqiqatın nəticələrinə əsasən kompüterlərin çox hissəsi Windows 11-ə kimi yenilənməni dəstəkləmir. Belə ki, həmin kompüterər yeni əməliyyat sisteminin bu və ya digər sistem tələblərinə cavab vermirlər. Mövcud nəticələr “Windows 11 Readiness Audit” adlı hesabatda qeyd edilib.
Kompüterlərin əksəriyyətinin 4 GB RAM-a sahib olmalarına baxmayaraq onların yarıdan çoxu (55.6%) Microsoft şirkətinin dəstəklənən prosessorlar siyahısındakı prosessor modellərindən məhrumdur. Kompüterlərin 1/5 hissəsi isə (19.26%) TPM 2.0 moduluna sahib deyil. Bu, Windows 11-in yaxın zamanda işə salınması ilə bağlı aparılmış yeganə analiz deyil. Bir neçə müddət bundan öncə ABŞ-da 1000 nəfər kompüter istifadəçisi arasında sorğu aparılmışdı. Həmin sorğu nəticəsində məlum oldu ki, istifadəçilərin çoxu Windows 11 barəsində heçnə blmir və ya bu mövzu ilə maraqlanmır. İstifadəçilərin çox hissəsi isə ümumiyyətlə Windows 11-ə keçid etmək istəmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!