Apple iOS 15.2-ni istifadəyə verib: Yeniliklər nələrdir?

Apple iOS 15.2-ni istifadəyə verib: Yeniliklər nələrdir?

Əməliyyat sistemləri
14.12.2021 PAYLAŞIM

    Apple şirkəti iOS-in yeni versiyası olan iOS 15.2-ni istifadəyə verib. iOS-in bu yeni versiyası məlumatların konfidensiallıqlarının və bütün yaş qruplarında istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yenilikləri özündə birləşdirir. Beləliklə iOS 15.2-də reallaşdırılmış App Privacy Report funksiyası vasitəsilə iPhone istifadəçisi hansı tətbiqlərin fərdi məlumatları əldə etdiklərini, kamera və mikrofonu aktivləşdirdiklərini və bunları hansı intensivliklə reallaşdırdıqlarını müəyyən edə biləcək.


    Bundan əlavə olaraq iOS 15.2-də istifadəçi müəyyən tətbiqlərin fon rejimində hansı internet bağlantılarına qoşulduqlarına dair məlumatı da əldə edə bilər. Yeni iOS versiyasında xüsusi menyu reallaşdırılıb. Həmin menyu sayəsində smartfona quraşdırılmış komponentlərin nə dərəcədə orijinal olduqları barəsində məlumatlar əks olunub. Bunun sayəsində ikinci əl iPhone almaq istəyən istifadəçilər alışdan öncə smartfonun təmir tarixçəsinə nəzər sala biləcəklər. Music tətbiqində playlistlərin axtarışı funksiyası istifadəyə verilib.

    Bununla yanaşı iMessage-də azyaşlı şəxsə göndərilmiş arzuolunmaz kontentin idarəsi funksiyası istifadəyə verilib. Nəticədə arzuolunmaz kontentlər bulanıq şəkildə gorünəcəklər və bu barədə bildiriş smartfon ekranında əks olunacaq. Apple iOS 15.2-də təcili zəng (SOS) funksiyasının imkanlarını genişləndirib. Bundan sonra istifadəçi yaşadığı region üzrə fərdi şəkildə xilasetmə xidmətinin nömrəsini təyin edə biləcək. Sonunda iOS 15.2-də Digital Legacy funksiyası istifadəyə verilib. Bu funksiya vasitəsilə istifadəçi öz məlumatlarını ailə üzvlərinə və ya yaxın bildiyi tanışlarına vəsiyyət edə biləcək. Beləliklə istifadəçinin ölüm halında vəsiyyət edilmiş məlumatlar təyin edilmiş şəxslərə ötürüləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Defender-in Android və macOS versiyaları istifadəyə veriləcək

Microsoft şirkəti təkcə Windows üçün proqram təminatının hazırlanması ilə məşğul olmur. Belə ki, şir..


4 yanvar tarixində BlackBerry OS əməliyyat sisteminin dəstəyi dayandırılacaq..

Bu həftədən başlayaraq BlackBerry şirkəti özünün BlackBerry OS əməliyyat sisteminin dəstəyini dayand..


MIUI 13-ü qlobal bazarda ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib..

Xiaomi şirkəti MIUI 13-ü təqdim edəndən sonra sözügedən istifadəçi interfeysini qlobal bazarda əldə ..


MIUI 13 istifadəçi interfeysi təqdim olunub

Xiaomi şirkəti yeni MIUI 13 istifadəçi interfeysini təqdim edib. Lakin bu dəfə Xiaomi Apple şirkətin..


Tiramisu kod adına sahib Android 13-ün test versiyasının ilk fotoları təqdim edi..

XDA-Developers saytının mütəxəssisləri Android 13 əməliyyat sisteminin test versiyasının fotolarını ..


Samsung Android-dən Fuchsia OS əməliyyat sisteminə keçid edə bilər

Hələ bu ilin may ayında məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Android-dən Fuchsia OS əməliyyat..

×