main-post-cover

    Apple iOS daxilində istifadəçilərə daha çox reklam kontenti sərgiləyəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    15.08.2022
    Emil Nəcəfov
        Apple şirkəti öz reklam biznesini genişləndirməyə davam edir. Verilmiş məlumata əsasən Apple şirkətinin reklam platformaları üzrə vitse-prezidenti olan Todd Teresi şirkətin bu biznesinin illik gəlirini ikirəqəmli göstəriciyə yüksəltmək niyyətindədir. Hal hazırda isə şirkətin reklam biznesinin illik gəliri təqribi olaraq 4 milyard dollara bərabərdir. Yəni şirkət öz reklam biznesinin illik gəlirini 2.5 dəfə yüksəltməyi hədəfləyib. Məlumata əsasən Apple şirkəti App Store Search Ads proqramına bənzər olaraq özünün Maps tətbiqinin axtarış nəticələrinə reklam kontentlərinin mümkün inteqrasiyası imkanını artıq test edib.
        Güman olunur ki, yaxın gələcəkdə reklam kontentləri həmçinin Books Podcasts tətbiqlərinə də inteqrasiya edilə bilər. Hal hazırda Apple şirkətinin reklam biznesi bir neçə mənbədən gəlir əldə edir. Həmin mənbələrin arasında App Store-dakı axtarışlar, Apple News Apple Stocks-dakı reklamlar və həmçinin Amerika Beysbol Liqasının canlı yayımları zamanı efirə verilən reklam videoları var. Reklam kontentlərinin digər standart Apple tətbiqlərinə inteqrasiya ediləcəklərindən əlavə olaraq şirkət bildirib ki, istifadəçilər yaxın zamanda App Store daxilində daha çox reklam elanları görəcəklər.
        iOS 16-dakı yeni reklam blokları reklam elanlarını App Store-da olan Today qovluğuna və digər tətbiqlərin səhifələrinin aşağı hissələrinə yerləşdirmək imkanını verəcəklər. Son 5 il ərzində Apple şirkətinin hardware məhsullarının satışları bir qədər aşağı düşdüklərinə görə şirkət öz xidmət sahəsinin gəlirlərini yüksəltmək yolunda mövcud imkanları genişləndirir. Qeyd etmək lazımdır ki, şirkət reklam biznesi ilə hələ Steve Jobs sağ olan zaman maraqlanırdı. 2010-cu ild şirkət iAd adlı servisi təqdim etmişdi. Həmin servis vasitəsilə tərtibatçılar öz tətbiqlərində Apple şirkətininin baner reklamlarını yerləşdirə bilirdilər. 
    Linki kopyala