Apple şirkəti iOS daxilində reklam elanlarını göstərməyə başlayıb

Apple şirkəti iOS daxilində reklam elanlarını göstərməyə başlayıb

Əməliyyat sistemləri
17.11.2020 PAYLAŞIM

    Çindən olan şirkətlər (əsasən də Xiaomi) tətbiqlər ilə istifadəçi interfeyslərinin daxilindəki reklamlar barəsində olan tənqidlərə nəzər yetirirlər. İndi isə bu mövzuda olan tənqidlər Apple məhsullarının istifadəçlərindən gəlməyə başlayıb. Bu barədə The Verge saytı xəbər verib. The Verge saytının redaktorlarından biri olan Tom Warren aşkar edib ki, onun iPhone modelinin ayarlar bölməsində reklam elanları ortaya çıxmağa başlayıb. Həmin reklam elanlarında Apple şirkəti kənar servisləri deyil öz servislərini əks etdirir.


    Buna misal olaraq Apple Arcade, Apple TV+AppleCare+ servislərini gətirmək olar. Reklam elanlarının göstərilməsini yeni iPhone modelinin alınması ilə əlaqələndirmək olardı. Lakin istifadəçilər xəbər veriblər ki, həmin reklam elanları həmçinin köhnə iPhone və iPad modellərində də ortaya çıxır. Qeyd etmək lazımdır ki, bu, ilk belə hal deyil. Belə ki, istifadəçilər hələ bir neçə ay bundan öncə iOS iPadOS əməliyyat sistemləri daxilində reklam elanlarından şikayətçi idilər. Xiaomi reklam elanlarını özünün MIUI interfeysində təqdim edir. Samsung şirkəti isə reklam elanlarını öz tətbiqlərinə inteqrasiya edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnternetdə gələn il iOS 15-i əldə edəcək iPhone modellərinin siyahısı ortaya çıx..

Apple cihazlarının əsas üstünlüklərindən biri də odur ki, şirkət onların proqram təminatı dəstəkləri..


2021-ci ildən köhnə Android versiyalı smartfonlarda bir çox saytları yükləmək mü..

Smartfon istehsalçılarının öz cihazlarını yeni Android versiyalarına keçirtmələrində olan aktivliyə ..


Google şirkəti Google Play-də Android tətbiqlərin müqayisəsi funksiyasını test e..

Google şirkəti Android üçün olan Google Play tətbiqlər mağazasının dizaynını dəyişərək və ona yeni f..


Huawei özünün EMUI istifadəçi interfeysindən imtina edə bilər: Bu halda onu nə ə..

Huawei şirkəti özünün HarmonyOS adlı əməliyyat sisteminin inkişafını aktiv şəkildə davam etdirir...


Microsoft şirkəti düzgün olmayan drayverlərin Windows 10-a quraşdırılmasını qada..

Yeni Windows 10 yenilənməsi əməliyyat sisteminin alqoritminin iş prosesinə dəyişikliklər gətirib...


Windows 10-un ARM versiyasına 64 bit-lik tətbiqlərin dəstəyi əlavə olunacaq..

Windows 10-nun ARM versiyasının istifadəçilərinin ən çox qarşılaşdıqları problemlərdən biri də ənənə..

×