Apple şirkəti iOS-in adını dəyişəcək: Əməliyyat sistemi necə adlanacaq?

Apple şirkəti iOS-in adını dəyişəcək: Əməliyyat sistemi necə adlanacaq?

Əməliyyat sistemləri
19.06.2020 PAYLAŞIM

    İnternetdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti iOS əməliyyat sisteminin adını dəyişməyi planlaşdırır. Bu barədə Gagadget saytı xəbər verib. iOS-in adının dəyişdirilməsi planları barəsində məlumatı məşhur insayder Jon Prosser yayıb. Bu məlumatı həmçinin XDA-Developers saytının redaktorlarından biri olan Max Weinbach da təsdiqləyib. Onun sözlərinə əsasən o, anonim şəxsdən məktub əldə edib və həmin məktubda əməliyyat sisteminin yeni adı əks olunub.

    Beləliklə insayderlər qeyd ediblər ki, Apple şirkəti əməliyyat sisteminin adını dəyişərək iPhoneOS edəcək. Bu cür qərar çox məntiqli səslənir. Belə ki, şirkətin əməliyyat sistemləri artıq aid olduqları məhsulların adlarını daşıyırlar: iPhoneOS, iPadOS, macOS, tvOS watchOS. Çox güman ki, iPhoneOS 22 iyun tarixində baş tutacaq WWDC 2020 tədbirində anons olunacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11-də Android tətbiqlərin necə görünəcəkləri ilə bağlı fotolar ortaya çı..

Bu ayın əvvəlində Microsoft şirkəti Windows 11-in stabil versiyasını rəsmi şəkildə istifadəyə verdi...


Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təq..

Microsoft şirkəti dəfələrlə öz əməliyyat sisteminin müxtəlif təkmilləşdirilmiş versiyalarına qarşı ç..


Windows 11 AMD prosessorlarının performanslarını aşağı salır

AMD şirkəti rəsmi şəkildə təsdiqləyib ki, onun prosessorlarının performansları Windows 11 əməliyyat ..


Windows 11 rəsmi şəkildə istifadəyə verilib

Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib.


Aparılmış tədqiqata əsasən kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil..

Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyi..


İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar

Öz iPhone və iPad modellərinə yeni iOS 15 və iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçi..

×