Apple şirkəti istifadəçiləri qıcıqlandıran əsas problemlərdən birini iOS 13.6-da aradan qaldıracaq

Apple şirkəti istifadəçiləri qıcıqlandıran əsas problemlərdən birini iOS 13.6-da aradan qaldıracaq

Əməliyyat sistemləri
10.06.2020 PAYLAŞIM

    Apple şirkəti iOS 13.6-nın beta versiyasını təqdim edib. Mütəxəssislər artıq onun yeni özəlliklərini incələyiblər. Məlum olub ki, sözügedən iOS versiyası sayəsində iPhone istifadəçiləri yaxın zamanda uzun müddətdir ki, bu əməliyyat sistemində olan vacib bir problemi aradan qaldıra biləcəklər. Söhbət, uyğun olmayan vaxtda smartfon yaddaşının dolmasından gedir. Bu barədə Macrumors saytı xəbər verib.  Hal hazırda aktual olan iOS versiyalarında yenilənmiş proqram təminatı smartfona fon rejimində yüklənir.


    İstifadəçi isə yüklənmiş proqram təminatı paketlərinin sadəcə olaraq avtomatik və ya fərdi şəkildə quraşdırılması arasında seçim edə bilər. Bununla belə, yenilənmə fayllarının həcmi bəzən 1 GB-dan yüksək olur. Bu isə öz növbəsində smartfon yaddaşının dolmasına gətirib çıxardır. Verilmiş məlumata əsasən iOS 13.6 versiyasından başlayaraq smartfon ayarlarında yenilənmələrin avtomatik quraşdırılması ilə yanaşı onların yüklənməsini də deaktiv etmək mümkün olacaq.

    Boş smartfon yaddaşına qənaət ilə yanaşı bu cür funksiya həmçinin smartfonun şəbəkə interfeysinə olan yüklənməni də aşağı salacaq. Belə ki, əlavə ediləcək bu yeni funksiya əlverişli olmayan vaxtda ağır faylların yüklənməsinin vacibliyini rədd edəcək. Məlumata əsasən əməliyyat sisteminin avtomatik yenilənməsi həmişəki kimi standart şəkildə qalacaq. Onu iOS 13.6-ın ayarlarında olacaq “Customize Automatic Updates” bölməsində deaktiv etmək mümkün olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12-də tətbiqlərin klonlaşdırılması funksiyası istifadəyə veriləcək..

XDA-Developers saytının keçmiş redaktoru Mishaal Rahman Android 12 üçün nəzərdə tutulmuş dokumentasi..


Windows 11-də Android tətbiqlərin necə görünəcəkləri ilə bağlı fotolar ortaya çı..

Bu ayın əvvəlində Microsoft şirkəti Windows 11-in stabil versiyasını rəsmi şəkildə istifadəyə verdi...


Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təq..

Microsoft şirkəti dəfələrlə öz əməliyyat sisteminin müxtəlif təkmilləşdirilmiş versiyalarına qarşı ç..


Windows 11 AMD prosessorlarının performanslarını aşağı salır

AMD şirkəti rəsmi şəkildə təsdiqləyib ki, onun prosessorlarının performansları Windows 11 əməliyyat ..


Windows 11 rəsmi şəkildə istifadəyə verilib

Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib.


Aparılmış tədqiqata əsasən kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil..

Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyi..

×