Apple şirkətinin fotoların skan olunması funksiyası iOS 14.3-də aşkar edilib

Apple şirkətinin fotoların skan olunması funksiyası iOS 14.3-də aşkar edilib

Əməliyyat sistemləri
19.08.2021 PAYLAŞIM

    Hələ bir neçə müddət bundan öncə Apple şirkəti iCloud fotoların skan olunması funksiyasını anons etmişdi. Qeyd etmək lazımdır ki, bu funksiya istifadəçilərin smartfonlarında qanunsuz kontentlərin axtarışı üçün nəzərdə tutulub. Şirkət həmin vaxtda bildirmişdi ki, bu yeni funksiya iOS 15 əməliyyat sisteminə inteqrasiya ediləcək. Lakin Reddit istifadəçilərindən biri aşkar edib ki, skaner funksiyasının kodu artıq iOS 14.3-də mövcuddur. Bunu aşkar edəndən sonra o, kodu GitHub-a yerləşdirib. Bununla yanaşı Reddit istifadəçisi Apple şirkətinin bu yeni funksiyasının çalışma prinsipi barəsində məlumat verib.

    AsuharietYgvar adlı Reddit istifadəçisi bildirib ki, Apple şirkəti NeuralHash adlı alqoritmin təcrübəsinə əsaslanaraq qadağan olunmuş kontentin olub-olmaması üzrə istifadəçinin Gallery bölməsini skan edə bilər. Şirkətin istifadə etdiyi alqoritm fotoların xeşlərini ABŞ-dakı itmiş insanların axtarışı və istismar olunan uşaqlar üzrə milli mərkəzin məlumatlar bazası ilə müqayisə edəcək. Bununla belə məlumatlar arasındakı oxşarlıq “rəqəmsal izlər” vasitəsilə təyin ediləcək. İstifadəçinin öz fotoları isə tamamilə konfidensial şəkildə qalacaqlar.


    Lakin Reddit istifadəçisi bildirib ki, hazırki mərhələdə alqoritmdən yan keçmək olar. Bunun üçün sadəcə olaraq fotonu redaktə etmək (kəsmək) və ya yerləşmə tərzini (şaquli və ya üfüqi) dəyişmək lazımdır. İstifadəyə verilməmişdən öncə skanerə əlavə təkmilləşdirilmiş özəlliklərin əlavə olunub-olunmayacağı bilinmir. Maraqlısı ondadır ki, Apple şirkətinin bu funksiyanı mövcud olan iOS versiyasına inteqrasiya etdiyi barəsində rəsmi məlumat verməyib. Apple şirkətinin bu alqoritmi barəsində daha ətraflı məlumat almaq üçün onun mənbə kodunu GitHub repozitoriyasından yükləmək olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təq..

Microsoft şirkəti dəfələrlə öz əməliyyat sisteminin müxtəlif təkmilləşdirilmiş versiyalarına qarşı ç..


Windows 11 AMD prosessorlarının performanslarını aşağı salır

AMD şirkəti rəsmi şəkildə təsdiqləyib ki, onun prosessorlarının performansları Windows 11 əməliyyat ..


Windows 11 rəsmi şəkildə istifadəyə verilib

Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib.


Aparılmış tədqiqata əsasən kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil..

Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyi..


İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar

Öz iPhone və iPad modellərinə yeni iOS 15 və iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçi..


MIUI 13-ü ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Bu ilin sonunda Xiaomi-nin yeni MIUI 13 istifadəçi interfeysini təqdim edəcəyi gözlənilir.

×