
Apple WWDC 2024 konfransının keçiriləcəyi tarixləri açıqlayıb
Əməliyyat sistemləri
27.03.2024
Emil
Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransının keçirilmə tarixini rəsmi şəkildə elan edib. Şirkətin rəsmi anonsuna əsasən bu il WWDC konfransı 10 iyun tarixində start götürəcək və 14 iyun tarixinə kimi davam edəcək. Ənənəyə sadiq qalaraq konfransı Apple şirkətinin rəsmi saytında və YouTube kanalında izləmək mümkün olacaq. Şirkət WWDC 2024 konfransı çərçivəsində əsas diqqətini iOS 18 əməliyyat sisteminə ayıracaq. Son məlumatlara əsasən iOS 18 əməliyyat sistemi iOS 7-nin istifadəyə verildiyi gündən indiyənə kimi ən böyük yenilənməni özündə birləşdirəcək əməliyyat sistemi olacaq. Gözləntilərə əsasən Apple iOS 18-də süni zəka funksiyalarını reallaşdıracaq.

Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
