
Bəzi Apple servisləri Windows-da istifadəyə veriləcək
Əməliyyat sistemləri
13.10.2022
Emil
Microsoft Apple şirkətinin streaming servislərindən və fotoların saxlanması məsələsində iCloud-dan istifadə edən kompüter sahibləri üçün yeniliklər anons edib. Belə ki, yaxın zamanda Apple şirkətinin streaming və iCloud servisləri Windows platformasında aktiv olacaq və istifadəçilər onlardan brauzerə daxil olmadan istifadə edə biləcəklər. Apple servislərinin Windows ekosisteminə inteqrasiyası barəsində məlumatlar Microsoft-un rəsmi bloqunda yerləşdirilib. Şirkət bildirib ki, artıq gələn il Microsoft Store platformasında Apple TV+, Apple Music streaming servislərinin Windows versiyaları istifadəyə veriləcək.

iCloud Photos servisinə gəldikdə isə o, birbaşa əməliyyat sisteminə inteqrasiya olunacaq. Hal hazırda iPhone-dakı fotolara Windows vasitəsilə çalışan kompüterdə baxmaq üçün kənar tətbiqlərdən istifadə etmək lazım gəlir. Bütün bu yeniliklər istifadəçilərə 2023-cü ildə təqdim olunacaq. Lakin yaxın zamanda Apple TV+ ilə Apple Music servislərinin beta versiyalarının Windows-da istifadəyə verilməsi gözlənilir. Bundan əlavə olaraq Windows-un Photos tətbiqində iPhone-dakı fotolara baxmaq imkanını verəcək yenilənmə yaxın zamanda Windows-un Dev test versiyasında istifadəyə verilməlidir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
