main-post-cover

    Copilot adlı süni zəka əsaslı çat-bot Windows 11-ə inteqrasiya ediləcək (VİDEO)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    24.05.2023
    Farid Pardashunas
        Build 2023 konfransı çərçivəsində Microsoft şirkəti daha öncə GitHub servisi və Microsoft 365 ofis tətbiqləri üçün istifadəyə verilmiş Copilot adlı virtual köməkçinin Windows 11-ə inteqrasiya ediləcəyini elan edib. Əməliyyat sisteminə inteqrasiya ediləcək Copilot işə salınmış tətbiqlərlə, müxtəlif fayllarla çalışa və sistemi idarə edə biləcək. Copilot Taskbar bölməsində axtarış sahəsinin yanında yerləşəcək. Aktivləşdirilən zaman Copilot ekranın sağ hissəsində dialoq pəncərəsi formasında açılacaq.
    Windows 11 Copilot
        İstifadəçi isə öz növbəsində ChatGPT-də olduğu kimi ona istənilən sualı verə biləcək. Copilot qəbul edilən suallara cavabları internetdən tapıb təqdim edəcək. Lakin maraqlısı ondadır ki, Copilot-dan kompüterdəki digər əməliyyatları yerinə yetirməyi istəmək mümkün olacaq. Üstəlik çat-bot işə salınmış istənilən tətbiqdəki bu və ya digər mətni rahat anlaşılan şəkildə başa sala bilər. İstifadəçi Copilot-a mətnli sənədlər kimi faylları göndərə biləcək.
        Çat-bot isə öz növbəsində qəbul edilmiş faylın tərkib hissəsini qısa xülasəsini hazırlaya və ya onunla digər əməliyyatları yerinə yetirə biləcək. Microsoft həmçinin elan edib ki, o, Copilot-u Windows Terminal-a da inteqrasiya edib. Windows Terminal daxilində çat-bot GitHub-dakı analoqu kimi çalışacaq. Belə ki, o, istifadəçiyə Terminal ilə bağlı lazımi əmrləri təqdim edəcək, səhvləri aşkar edəcək və Terminal daxilində müəyyən əməliyyatları yerinə yetirəcək. Copilot-un əməliyyat sistemi daxilində testinə gələn ay start veriləcək. Lakin onun stabil versiyasının nə zaman istifadəyə veriləcəyi bilinmir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər