Logo
    main-post-cover

    DuckDuckGo brauzeri Android cihazlarda istifadəçiləri izləyən trekerləri bloklama funksiyasını əldə edib

    Əməliyyat sistemləri
    18.11.2022
    Emil
        DuckDuckGo adlı konfidensial axtarış sisteminin və eyniadlı brauzerin yaradıcıları App Tracking Protection funksiyasını aktiv şəkildə inkişaf etdirməyə davam edirlər. Sözügedən funksiya istifadəçiləri izləmək üçün nəzərdə tutulmuş kənar trekerlərin bloklanmasına hədəflənib. Bir neçə müddət bundan öncə sözügedən funksiya DuckDuckGo brauzerinin test versiyasının məhdud sayda iştirakçısı arasında istifadəyə verilmişdi. İndi isə bu funksiyanı DuckDuckGo brauzerinin Android versiyasında bütün istifadəçilər test edə bilərlər. App Tracking Protection funksiyasının hal hazırda beta test mərhələsində olmasına baxmayaraq o, brauzerdə və istifadəçi tərəfindən aktiv şəkildə istifadə edilməyən tətbiqlərdəki trekerləri bloklaya bilir.
        Bu funksiyanın DuckDuckGo brauzerində aktiv olduğu halda o, DuckDuckGo-nun siyahısına daxil olan kənar trekerləri təyin edir və onlar tərəfindən göndərilən sorğuları bloklayır. Bütün bu proses birbaşa istifadəçinin cihazında reallaşır və bu halda istifadəçinin hansısa məlumatı DuckDuckGo serverlərinə göndərilmir. Şirkətin təqdim etmiş olduğu məlumatda qeyd edilib ki, orta statistik Android istifadəçisi öz cihazına 35 ədəd tətbiq quraşdırır. Bununla belə 70-ə yaxın müxtəlif şirkətin trekerləri bu cür istifadəçinin gündəlik aktivliyini 1000-2000 dəfə izləməyə çalışırlar. İstifadəçilərin aktivliklərini izləməklə və digər istifadəçi məlumatlarını yığmaqla məşğul olan şirkətlər bir qayda olaraq bütün bu məlumatları reklam verənlərə satırlar.
    Paylaş
    Bənzər xəbərlər