Əməliyyat sistemlərinin bazar payı açıqlandı: Windows XP hələ ölməyib
Proqram Təminatı
Əməliyyat sistemləri
06.09.2020
Nijat Hamid
İstifadə etdiyimiz bütün elektronik cihazlar əməliyyat sisteminə malikdir. Ən çox tanış olanları isə Windows və MacOS sistemləridir. NetMarketShare tərəfindən verilən statistik məlumatlara əsasən hal-hazırda əməliyyat sistemlərinin bazar payları məlum oldu. Verilən statistik məlumatlara əsasən ən böyük bazar payına malik olan əməliyyat sistemi 2015-də Microsoft tərəfindən yayımlanan Windows 10-dur. Windows 10-un ümumi bazar payı isə 56.42%-dir.
2-ci ən çox istifadə edilən əməliyyat sistemi isə Windows 7-dir. Bazar payı isə %26,03-dir.
NetMarketShare-in verdiyi məlumatlarda Microsoft-un əfsanəvi əməliyyat sistemi olan Windows XP də yerləşir. 19 yaşı tamam olan sistemin bazar payı isə 1.26%-dir. Qeyd edək ki, bu rəqəmlər Windows 8 (0.57%), ChromeOS (0.42%) və Vista (0.12%) ilə müqayisə etdikdə kifayət qədər çoxdur. Bir digər statistik məlumat isə dünyada 2 milyarddan daha çox kompüter var. Bu nisbət ilə hesablasaq ortaya çıxır ki, hələ də 25.2 milyon kompüterdə Windows XP istifadə edilir. Həmçinin onu da bildirək ki, 2014-cü ildə Windows XP üçün dəstək kəsilib. Bu siyahı da Apple-a məxsus olan MacOS-da yerləşir. MacOS X 10.15 versiyası 3.49%-lik bazar payına malikdir. 4-cü sırada isə 3.21% ilə Windows 8.1 yerləşir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)