main-post-cover

    ƏS bazarındakı vəziyyət: Bu ƏS-i aktiv şəkildə məşhurlaşmağa davam edir

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    08.06.2020
    Emil Nəcəfov
        Netmarketshare adlı analitik şirkət əməliyyat sistemləri və brauzerlərin aylıq hesabatlarını təqdim edib. Maraqlısı ondadır ki, əməliyyat sistemləri bazarında Linux-un məşhurluğu aktiv şəkildə yüksəlir. Brauzerlər bazarınfa isə hər şey dəyişilməz olaraq qalıb. Bu barədə Mspoweruser saytı xəbər verib. Əməliyyat sistemləri bazarında lider olaraq Windows 10 qalır.
        Sözügedən əməliyyat sisteminin bazar payı bir neçə müddət bundan öncə 57.34%-dən 56%-ə düşmüşdü. Lakin Windows 10 öz bazar payını bərpa edib və hətta may ayında 57.83%-ə çatdırıb. Əməliyyat sistemləri bazarında macOS-in bazar payı nisbətən stabil olaraq qalıb. Buna baxmayaraq onun bazar payı 9.75%-dən 9.68%-ə düşüb. Lakin Linux artıq bir neçə aydır ki, aktiv yüksəliş sərgiləyir.
        Belə ki, onun bazar payı aprel ayında 2.87%, may ayında isə 3.17% təşkil etmişdi. Güman edilir ki, bunun əsas səbəbi bir çox dəstək xidməti əməkdaşları evdən çalışma rejiminə keçid edərək öz kompüterlərinə Linux əməliyyat sistemini quraşdırmalarındadır. Brauzerlərə gəldikdə isə may ayının nəticələrinə əsasən Chrome brauzerinin bazar payı 69.81%-dən 70%-ə, Edge brauzerinin bazar payı 7.76%-dən 7.86%-ə yüksəlib. Firefox-un bazar payı isə həmin dövr üzrə 7.25%-dən 7.23%-ə düşüb. 
    Linki kopyala