main-post-cover

    Əvvəlcədən söz verilmiş 4 Redmi smartfon modeli MIUI 12-ni əldə etməyəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    09.12.2020
    Emil Nəcəfov
        Çoxlu sayda smartfon modellərinə sahib olmasına baxmayaraq Xiaomi şirkəti öz cihazlarının uzunmüddətli dəstəyi ilə məşhurdur. Şirkət tez-tez özünün MIUI istifadəçi interfeysinin yeni versiyalarını hətta 4 il bundan öncə satışa çıxmış cihazlar üçün də təqdim edir. Lakin bu mövzuda istisna hallar da olur. Belə ki, MIUI 12-nin daha öncədən elan olunduğu 4 smartfon modeli onu əldə etməyəcək. Bu barədə 4pda saytı xəbər verib. MIUI-nin rəsmi saytında şirkətin öz cihazlarını MIUI 12-yə kimi yeniləmə üzrə planlarında dəyişiklik olduğu qeyd edilib.
        Məlumatda qeyd edilib ki, Redmi Y3, Redmi 7, Redmi 6A Redmi 6 modelləri MIUI 12-ni əldə etməyəcəklər. Belə ki, sözügedən smartfonlarda MIUI 12 ilə uyğunlaşmada problem var. Maraqlısı ondadır ki, Snapdragon 632-yə sahib Redmi 7 modeli MIUI 12-ni əldə etməyəcək. Lakin Snapdragon 439 prosessoruna sahib daha zəif smartfonlar olan Redmi 7A, Redmi 8Redmi 8A yeni istifadəçi interfeysini əldə edcəklər. Heç istisna deyil ki, bu smartfonlar da nəticə etibarilə MIUI 12-ni əldə etməsinlər.
    Linki kopyala