main-post-cover

    Gələn il köhnə Windows versiyalarında Chrome brauzerinin dəstəyi dayandırılacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    26.10.2022
    Farid Pardashunas
        Google şirkəti Windows 7 Windows 8.1 əməliyyat sistemləri üçün Chrome brauzerinin final versiyasını gələn ilin əvvəlində istifadəyə verməyi planlaşdırır. Söhbət, Chrome 110 versiyasından gedir. Onun 7 fevral 2023-cü il tarixində istifadəyə veriləcəyi güman edilir. Beləliklə Chrome 110 versiyası Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün təqdim olunacaq son versiya olacaq. Ondan sonra Google öz brauzerinin sözügedən əməliyyat sistemlərində dəstəyini dayandıracaq. Problem ilk baxışdan göründüyündən daha ciddidir. 2009-cu ildə istifadəyə verilməsinə və 2020-ci ildə dəstəyinin dayandırılmasına baxmayaraq Windows 7 hələ də çoxlu sayda cihazda çalışmağa davam edir.
        Keçən ilin statistikasına əsasən 100 milyon ədəd kompüter bu əməliyyat sistemi vasitəsilə çalışır. Əməliyyat sisteminin dəstəyinin dayandırılması ilə yanaşı onda köhnə versiyalı brauzerin istifadəsi öz növbəsində təhlükəsizliyi daha da aşağı salır. Təbii ki, Chrome adları sadalanmış əməliyyat sistemlərində müəyyən müddət ərzində çalışmağa davam edəcək. Lakin Windows 7 və Windows 8.1 istifadəçiləri daha əvvəlki kimi Chrome üçün təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Bu əməliyyat sistemlərindən hələ də istifadə edən istifadəçilər yeni Windows versiyalarına keçid barəsində düşünməli olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər